veten informasiya agentliyi

Əhəd Abıyevlə bağlı ilginc iddialar... - Özü isə danır...

Tarix:13-11-2018, 13:30
Baxış Sayı:598

Əhəd Abıyevlə bağlı ilginc iddialar... - Özü isə danır...















Daşkəsən RİH-nin başçısı Əhəd Abıyev tez-tez maraqlı açıqlamaları ilə mediada gündəmə gəlir. O, eyni zamanda hərəkətlərilə də diqqət mərkəzinə düşür.

Minval.info xəbər verir ki, ötən günlərdə Ə.Abıyev Qarabağ qazisini dələduzluqda ittiham etməyi ilə bağlı xəbərlər mətbuatda yer alıb. Belə ki, bir müddət əvvəl onun qəbuluna ev almaq üçün gedən Aprel qazisi Arzu Məmmədova probleminin həll olunacağı ilə bağlı vəd verilib. Lakin A.Məmmədova bildirilib ki, Gəncə şəhərinə qeydiyyata düşəcəyi halda istəyi gerçəkləşəcək.

Qeyd edilir ki, onu icra hakimiyyətinin hüquqşünası İlhamə Bayramova əmin edib. Bundan sonra Arzu Məmmədova deyilənləri yerinə yetirib, amma ardınca ondan 20 min manat tələb olunub. Qazi isə ailəsi ilə birgə bu məbləği yaxınlarından borc alıb və İ.Bayromavaya ödəyib. Amma nəinki Arzu Məmmədova ev verilməyib, heç pulu da geri qaytarılmayıb. Eyni zamanda, icra hakimiyyətindən Aprel qazisinə İ.Bayramovanın dələduzluqda günahlandırılaraq həbs edildiyi deyilib. Lakin bu məlumatın da yalandan Arzu Məmmədovaya verildiyi ortaya çıxıb. Bundan sonra bəzi mətbu orqanlarda Aprel qazsinin dələduz olmağına dair xəbərlər yayılmağa başlayıb. Hazırda icra hakimiyyəti ilə Arzu Məmmədov arasındakı problemin həllini tapmadığı bildirilir.

Ardınca icra başçısının xəstəxanaya yerləşdiyi barədə məlumatlar yayıldı. Amma Abıyev bu informasiyanın yalan olduğunu bildirdi. Amma Etibarlı mənbədən minval.info-ya verilən məlumata görə, Daşkəsən meri həqiqətən tibb müəssisəsinə yerləşdirilib və səhhəti ilə əlaqədar xeyli əziyyətə qatlanıb. Belə ki, Əhəd Abıyevin Bakı Ürək Mərkəzində ağır ürək əməliyyatı keçirib. Onun ürək damarlarına stend qoyulub.

Məlumata görə, Abıyevin vəziyyəti hazırda qənaətbəxş olaraq qiymətləndirilir.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər