Rövşən Bağırov rayonu gündən günə gözəlləşdirir və abadlaşdırır
Tarix:24-09-2019, 12:22
Baxış Sayı:1 506
Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Lerik şəhərində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi. Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov səyyar görüş-qəbulda iştirak edən vətəndaşları salamladı və bildirdi ki, qrafikə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük. Görüşdə əsas məqsəd vətəndaşlarımızın problemlərini yerində öyrənmək, həll edə biləcəyimiz problemlərinizi həll etmək və bizim səlahiyyətlərimiz xaricində olan problemlərinizi isə mərkəzi orqanlara çatdırmaqdır. Rayon icra hakimiyyətinin başçısı çıxışında cənab Prezidentin bu il əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində verdiyi sərəncamlar barədə geniş məlumat verərək, bu sərəncamların hər bir vətəndaşımız tərəfindən böyük razılıqla qarşılandığını qeyd etdi. Sonra cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən söhbət açdı. Bildirdi ki, Cənab Prezident rayonumuza səfərindən sonra Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması, Lerik şəhərində 48 mənzilli binanın və Orand kəndində yeni məktəb tikintisinə vəsaitin ayrılması barədə Sərəncam imzalaması rayonumuzun gələcək inkişafından xəbər verir. Sonda rayon icra hakimiyyəti başçısı bildirdi ki, bugünkü sizlərlə görüşümüzün əsas məqsədi həm görülən işlər barədə sizi məlumatlandırmaq, həm də gələcəkdə görülməsi nəzərdə tutulan işlərdə sizin də fikir və təkliflərinizi öyrənməkdir. Aidiyyəti idarə, hüquq mühafizə orqanlarının rəhbərləri də burada iştirak edir. Ona görə də sizi narahat edən problemləri səsləndirin, rəy və təkliflərinizi bildirin. Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Faiq Şıxəliyev, Kamil Mövlanov, Əvəz İsmayılov, Sərfinaz Abbasov, Hüsaməddin Abbasov və digərləri çıxış edərək şəhərin məhəllədaxili küçələrinin asfaltlaşdırılmasına, şəhər 3 saylı tam orta məktəbin idman zalının təmir olunmasına, rayonda Gənclər Mərkəzinin yaradılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərdən əksəriyyəti yerində həll edildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.
Babagil kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov 19 sentyabr 2019-cu il tarixdə rayonun Babagil kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirdi. Rayon icra hakimiyyətinin başçısı cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və digər sosial ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi. Səyyar görüş qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edərək, vətəndaşlar dinlənildi. Görüş-qəbulda vətəndaşlar tərəfindən 21 məsələ qaldırıldı. Vətəndaşlar ərazinin qazlaşdırılmasına, əraziyə gələn və ərazidaxili elektrik xətlərinin təmirinə, Noda kənində yeni məktəb binasının tikintisinə, ərazidə içməli su probleminin həllinə, ərazinin kəndlərini birləşdirən avtomobil yollarının asfaltlaşdırılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. Səyyar görüş-qəbulda təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olundu. Qəbul zamanı qaldırılmış məsələlərdən 4-ü yerində həll edildi, 6-nın Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.
Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da - Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov
Cənab Rövşən Bağırov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovdur.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzdür? Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Rövşən Bağırovu nüfuzdan salmağa çalışırlar.
Məlumdur ki, Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Rövşən Bağırovv deyil, həm də "Azərbaycan digər rayon İcra Hakimiyyəti başçılarıda hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Rövşən Bağırovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.
P.S. via.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.