veten informasiya agentliyi

“100 manatla nə qədər istəsən dincələ bilirsən” - Gürcüstanda dincələn Əhəd Abıyev

Tarix:14-06-2017, 10:20
Baxış Sayı:631

“100 manatla nə qədər istəsən dincələ bilirsən” - Gürcüstanda dincələn Əhəd Abıyev

















Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev məzuniyyətə çıxıb

Ə.Abıyev açıqlamasında məzuniyyətini qonşu Gürcüstanda keçirdiyini bildirib.

İcra başçısı artıq 4 gündür ki, məzuniyyətdə olduğunu deyib:

“Hazırda Gürcüstanın Borjomi şəhərində istirahət edirəm. Hamı kimi, sadə bir yerdə özüm üçün istirahət edirəm. Daha dəbdəbəli yerə gəlməmişəm. Gürcüstan yaxın və qiymətlər ucuz olduğu üçün bura gəlmişəm. Burada bir neçə gün dincəldikdən sonra Azərbaycana qayıdacam. Çox sevindirici haldır ki, xeyli sayda soydaşımız da Gürcüstanda istirahət edir. Daşkəsənin yarıdan çoxu buradadır. Mən bu qədər də bilməzdim. Bütün Qazax, Tovuz, Daşkəsən sakinləri Gürcüstandadır. Yəqin ki, Gürcüstan ucuz ölkə olduğu üçün insanlar bura daha çox gedirlər. Belə də ki, Gürcüstana getmək üçün benzin pulun olsa, bəs edir! Gürcüstanda 100 manatla nə qədər istəsən dincələ bilirsən. Özü də indi orucluq dövrüdür, insanların çoxu spirtli içki içmirlər. Mən özüm də bura gələndən bəri çörək yemirəm, ancaq su içirəm. Azərbaycana gələndə özümlə su da gətirəcəm”.

Ə.Abıyev iyunun 15-də Azərbaycanda olacağını söyləyib.

İcra başçısı həmçinin qeyd edib ki, bu il Daşkəsənə intensiv dolu yağışları yağdığı üçün turizmin inkişafına bəzi əngəllər yaradıb:

“Daşkəsənə hər gün leysan yağır. Heç bilmirsən ki, hava şəraiti niyə görə belə davam edir. Leysan yağışları rayonumuza da ciddi ziyan vurub, xeyli sayda toyuq-cücə tələf olub, əhaliyə ziyan dəyib”. (ölkə.az)

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı