veten informasiya agentliyi

Döyüşdə medal alsa da, 2 ildir iş tapa bilmir - “İcra Hakimiyyətindən dedilər ki...”

Tarix:20-06-2017, 10:10
Baxış Sayı:742

Döyüşdə medal alsa da, 2 ildir iş tapa bilmir - “İcra Hakimiyyətindən dedilər ki...”

















Samux rayon sakini, 23 yaşlı İsbəndiyar Quliyev bir neçə il əvvəl cəbhədə baş verən döyüşdə iştirak edərək medal alsa da, 2 ilə yaxındır iş tapa bilmədiyindən şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən rayonun Qarbağlar kənd sakini İ.Quliyev deyib ki, 2014-cü il avqustun 1-dən 2-nə keçən gecəki döyüşlərdə iştirak edib: “Qrantaminyot və avtomatla döyüşmüşəm, düşmən əsgərlərini məhv etmişəm. Həm də yaralı əsgərlərimizi və şəhidlərimizi döyüş zonasından daşıyıb çıxarmışam. Buna görə də “Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü Dərəcəli” medal almışam. 2015-ci ilin yanvar ayında ordudan tərxis olmuşam, o vaxtdan bəri işsizəm. Döyüşlərdə qranat atdığım üçün sinir sistemim, eşitmə sistemim zədələnmişdi.

Əsgərlikdən gələndən sonra bir neçə ay müalicə olundum. Hazırda atam və anamla birgə yaşayıram. Atam ürəyindən müalicə oldunduğu üçün işləyə bilmir. İndi fəhləlik edib günə 7-8 manat qazanıram. Bununla da ailəmi dolandıra bilmirəm. İş üçün Samux rayon icra hakimiyyətinə müraciət etdim. Məni Məşğulluq Xidmətinə göndərdilər. Orda da mənə aylıq 135 manat maaşla dağda tarla sulamaq işi təklif edildi. Daxili İşlər Nazirliyinə müraciət etdim, boyum 174 santimetr olduğu üçün götürmədilər. Hara müraciət edirəmsə, iş tapa bilmirəm”.

İ.Quliyev ali təhsili olmadığı üçün iş tapa bilmədiyini, İcra Hakimiyyətinin ondan diplom tələb etdiyini deyib.

Murad Əhməd

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı