veten informasiya agentliyi

Yasamalın yeni icra başçısı kim olacaq? - İDDİA

Tarix:12-07-2017, 12:51
Baxış Sayı:850

Yasamalın yeni icra başçısı kim olacaq? - İDDİA

















Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir.

AZXEBER.COM-un məlumatına görə, Bakının ən böyük və ən strateji rayonlarından olan Yasamal həm də son zamanlar ən qalmaqallı rayona çevrilib.

Bu rayon ərazisində son zamanlar baş tutan etiraz aksiyaları, əhalinin evinin sökülməsi və ən son Hacı Cavad Məscidinin icazəsiz söküntüsü İbrahim Mehdiyev üçün son hədd oldu və başçı Prezidentin sərəncamı ilə işdən çıxarıldı.

Məlumata görə, bu rayona adı qalmaqalda hallanmayan, mətbuatda haqqında neqativ yazılar getməyən məmurlardan biri təyin olunacaq.

İddiaya görə, Yasamal rayon icra hakimiyyətinin yeni başçısı Tahir Budaqov olacaq. Onun icra başçısı təcrübəsi olması şansını daha da artırır.

Tahir Budaqov kimdir?

Tahir Budaqov hazırda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədridir.

Tahir Budaqov bu təyinatadək Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Budaqov Tahir Yaqub oğlu 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Tahir ğ Budaqov 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir. Evlidir, 3 övladı var.

Qeyd edək ki, mətbuatda Tahir Budaqovla yanaşı Mingəçevir rayon icra hakimiyyətinin başçısı Niyazi Bayramovun da bu posta iddialı olduğu yazılıb.

Yaxın günlərdə təyinat rəsmiləşdiriləcək və bütün bu suallara cavab tapılacaq.

DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Qızıl bazarında saxtakarlıq: Aldanmamaq üçün nə etməli?
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Hacıqabulda xeyli miqdarda narkotik vasitə aşkarlandı
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq: "Dövlətimiz məhv olacaq!"
Ermənistanın keçmiş baş nazirindən xəbərdarlıq:
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
SEPAH-ın Hörmüz boğazı ilə bağlı yeni qaydaları
Başlıbel faciəsindən 33 il ötür
Başlıbel faciəsindən 33 il ötür
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?
Türkiyənin yeni qorxunc silahı - Azərbaycan da ona sahib olacaq?