veten informasiya agentliyi

Ekologiya Nazirliyi Zaqataladakı meşə yanğını haqda

Tarix:25-09-2017, 10:49
Baxış Sayı:678

Ekologiya Nazirliyi Zaqataladakı meşə yanğını haqda












Sentyabrın 24-də axşam saat 18:10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən yanğınsöndürən maşınların həmin sahəyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsində yalnız əl əməyindən istifadə edilib. Yanğın nəticəsində quru ot örtüyü və kol-kos yanıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

***19:49

Bu gün axşam saat 18:10 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən Zaqatala rayonu Yuxarı Tala kəndinin inzibati ərazisindən keçən hissəsində yüksək dağlıq ərazidə yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğının yüksək dağlıq meşə sahəsində də baş verdiyi üçün ərziyə texnikanın çıxması mümkünsüzdür. Yanğının söndürülməsi ancaq əl əməli vasitəsi ilə həyata keçirilir. Hazırda yanğın davam edir.

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT/VİDEO
Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT/VİDEO
"Ford" bir milyondan çox avtomobilini geri çağırır - SƏBƏB
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb?
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Masallıda 18 yaşlı gənc avtoqəzanın qurbanı oldu
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
Rusiya bizi müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq - Lukaşenko
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
İrana hücumlar nəticəsində neçə nəfər ölüb? - Dəhşətli statistika
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək
Tramp Tbilisidə kompleks yaradır - 70 mərtəbəli bina tikiləcək