veten informasiya agentliyi

İcra başçısı sakinlərin evini sökdürür — Əraziyə texnika yeridildi – FOTO

Tarix:7-10-2017, 15:04
Baxış Sayı:711

İcra başçısı sakinlərin evini sökdürür — Əraziyə texnika yeridildi – FOTO













Gəncənin Nizami rayonunda sakinlər evlərinin icra hakimiyyətinə məxsus texnikalarla sökülməsi təhlükəsi ilə qarşı-qarşıya qalıb.


"Ölkə.Az"-ın məlumatına görə, bu barədə BAKU.WS-ə sakinlər məlumat verib.

Onların sözlərinə görə, ötən gün Nizami rayonunun icra başçısı Nizami Hacıyev “Bayan” küçəsinin sakinləri ilə görüşüb və bildirib ki, sənədsiz evlərin hamısı söküləcək.

“İcra nümayəndələri bizə deyirlər ki, 4 sot torpağı sənədləşdirmək üçün 2500-3000 manat ödənilməlidir. Əks halda evlər söküləcək”, - deyə sakinlər iddia edirlər.

İcra başçısı sakinlərin evini sökdürür — Əraziyə texnika yeridildi – FOTO


Onların sözlərinə görə, 1993-94-cü ildən bu küçədə yaşayırlar.

“2006-cı ildə əhali sənədlərin verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Məhkəmə qərar çıxarmışdı ki, hər bir evin sənədi verilsin. Lakin indi icra nümayəndələri deyirlər ki, məhkəmənin qərarını özündə əks etdirən sənəddə iki möhür əvəzinə bir möhür var”, - deyə sakinlər bildirir.
Hazırda “Bayan” küçəsində İcra Hakimiyyətinə məxsus texnikanın ərazidə olduğu və evlərin sökülməsi üçün göstəriş gözlədiyi bildirilir.

Məsələ ilə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb.
İcra başçısı sakinlərin evini sökdürür — Əraziyə texnika yeridildi – FOTO
İcra başçısı sakinlərin evini sökdürür — Əraziyə texnika yeridildi – FOTO
İcra başçısı sakinlərin evini sökdürür — Əraziyə texnika yeridildi – FOTO

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı