veten informasiya agentliyi

cra hakimiyyətinə etiraz edən qadın öz başına kərpic vurub – Rüşvət qalmaqalı (Video)

Tarix:15-01-2019, 10:17
Baxış Sayı:743

cra hakimiyyətinə etiraz edən qadın öz başına kərpic vurub – Rüşvət qalmaqalı (Video)















Yasamal rayonu, İsmayıl Bəy Qutqaşenli küçəsi 10 ünvanında yaşayan Yaqubova Aynur İsfəndiyar qızı Yasamal Rayon İcra Hakimiyyətindən şikayətçidir.

Anadangəlmə məhdudiyyətli oğlu ilə yaşayan Aynur Yaqubova, uzun müddət pul yığaraq evini genişlətmək qərarına gəlib. Bütün müsibətlər də bundan sonra başlayıb.

Şikayətçinin bildirdiyinə görə, evinin ikinci mərtəbəsinə əlavə artırma etməyə başlayarkən, yerli qurumların əngəli ilə üzləşib. Ərazi üzrə 64 saylı Mənzil İstismar Sahəsinin nümayəndələrinə min manat verib, icazəsini alandan bir neçə gün sonra Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər və tikiliyə icazə verilməsi üçün ondan 6 min manat rüşvət istəyiblər.

Pulunun olmadığını bildirəndə isə göstəriş verilərək, zorla evinin sökülməsinə başlanılıb. Vəziyyət o yerə çatıb ki, ev sahibi yarımtikilinin dağıdılmasına etiraz edərək, yerdən bir kərpic götürüb, öz başına vurub və özünə qəsd etməyə çalışıb.

Həmçinin, zərərçəkən söküntü zamanı evinin tavanına ciddi ziyan dəydiyini, yağış yağarkən evinin su içində qaldığını bildirdi. Şikayətçi müvafiq qurumlara söküntü ilə bağlı müraciət etsə də, cavab ala bilməyib.

Şikayətçinin iddialarına cavab almaq üçün Yasamal Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əsgərov Ümid ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verilmədi. Səbəb kimi isə hazırda onun məzuniyyətdə olduğu bildirildi.(musavat.com)

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər