veten informasiya agentliyi

İcra başçısının tikinti şefi ölkədən qaçaraq siyasi sığınacaq istədi - FOTO

Tarix:14-03-2017, 10:33
Baxış Sayı:879

İcra başçısının tikinti şefi ölkədən qaçaraq siyasi sığınacaq istədi - FOTO













Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun “sağ əli” hesab edilən “Dayaq” MTK-nın sədri Səbuhi Hümbətov Azərbaycandan qaçıb.

Bakipost.az xəbər verir ki, Kanadadan siyasi sığınacaq istəyən MTK sədri icra başçısının tikinti işlərinə uzun illər rəhbərlik edib, onun adından imza atmaq, müqavilə bağlamaq, lazımi qurumlarda onu təmsil etmək səlahiyyətinə malik olub. Əsas iş yeri, ofisi Nizami rayonu, Naxçıvanski 8A ünvanında rəhbərlik etdiyi MTK-nın tikdiyi hündürmərtəbəli yaşayış kompleksində yerləşib. Başçının bütün işlərini etibar etdiyi şəxsin qəfildən ondan imtina etməsi və Müsavat partiyasının üzvü kimi mühacirətə getməsi bir çox söz-söhbətlərə səbəb olub. S.Hümbətovu tanıyan şəxslərin sözlərinə görə, o, başçıdan möhkəm inciyib, indiyə kimi ona verdiyi vədləri yerinə yetirmədiyinə görə, bütün işləri yarımçıq buraxaraq ölkəni tərk edib.

Məlumata görə, kifayət qədər intellektli şəxs olan MTK sədri başçıdan dövlət işi istəyirmiş. O, 3 dəfə dövlət qulluğuna imtahan verib və hər birində yüksək bal toplayıb. Lakin nədənsə onu işə götürməyiblər. Belə bir vəziyyətdə də icra başçısının kömək etməməsi onu narazı salıb və heç bir icazə, razılıq almadan belə bir addım atıb.

Məlumat üçün bildirək ki, Niyazi Bayramov 1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsindən azad olunandan sonra tikinti işləriylə məşğul olub. O, Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmaqla yanaşı həm də Bakıda göydələnlər (məsələn, Ambasador otellə üzbəz-üz 11 mərtəbəli yaşayış kompleksi – red.), obyektlər tikib.

14 aprel 2012-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı təyin olunandan sonra isə bu işləri Səbuhi Hümbətova tapşırıb. S.Hümbətov icra başçısının işləri ilə yanaşı onun qızının qayınatası olan Gənclər və İdman naziri Azad Rəhimovun da tikintilərinə nəzarət edirmiş.


İcra başçısının tikinti şefi ölkədən qaçaraq siyasi sığınacaq istədi - FOTO

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı