veten informasiya agentliyi

Musa Pənahovu “İnterpol” axtarır? – İLGİNC

Tarix:15-03-2017, 11:37
Baxış Sayı:624

Musa Pənahovu “İnterpol” axtarır? – İLGİNC













Son günlər sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun müavinləri olan Arif Əsgərovla Musa Pənahov haqqında müxtəlif məlumatlar tirajlanır. Qafqaznews.az bildirir ki, bu günlərdə sabiq nazir müavini Musa Pənahovun ölkəni tərk etməsi və hətta beynəlxalq axtarışa verilməsi barədə məlumatlar yayıldı. Bu barədə hətta Musa Pənahovun haqqında olan “Vikipediya” səhifəsində də qeyd olunub. Biz məlumatı dəqiqləşdirmək üçün, martın 14-də gün ərzində dəfələrlə “İnterpol”un Bakı bürosuna zəng etdik.

Nəhayət ki, bizi baş leytenant Tofiq Seyfullayevlə əlaqələndirdilər. “Mən sizə bu barədə məlumat verə bilmərəm, ancaq yazılı sorğu göndərin”, – deyə büro əməkdaşı bildirdi. “Jurnalistlərin şifahi sorğu vermək hüququ da var, mən sizdən sadəcə informasiyanı təsdiq və ya təkzib etməyi xahiş edirəm. Əgər dezinformasiyadırsa, deyin ki, belə məlumat yoxdur”, – deyə jurnalistimiz qeyd etdi.

“Mən sizə heç nə deyə bilmərəm. DİN mətbuat xidmətinə müraciət edin”, – deyə Tofiq Seyfullayev təkrarladı. “Dövlət sirridir?”, – deyə maraqlandıq. “Dövlət sirri olmasa da, idarə daxilində olan işdir. Rəhbərliklə məsləhətləşim, sizlə əlaqə saxlayaram”, – deyə həmsöhbətimiz söz verdi.

Lakin gün ərzində “İnterpol”dan heç kim bizə zəng etmədi. DİN mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə də məsələdən məlumatsız olduğunu bildirdi

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər