veten informasiya agentliyi

Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru pensiyaçını belə ələ saldı

Tarix:9-04-2017, 10:18
Baxış Sayı:733

Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru pensiyaçını belə ələ saldı














«Ə, nə qışqırırsan? «Zatkni!», yəni «Mumla!»

Elektron poçtumuza Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova ünvanlı müraciət və 2 ədəd videokadr göndərilib. Bakı şəhər sakini A.Cəbrayıllı və R.Mənsimov tərəfindən təqdim edilən hər 2 video-kadrlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun kabinetində çəkilib. Saatlı rayon sakini, 2 aydır müavinətini ala bilməyən Allahyarov Elşən Mehdiqulu oğlu Bayram Mikayılovun qəbuluna gəlir və ondan kömək istəyir. Bayram Mikayılov isə əli hər yerdən üzülən, özünün dediyi kimi, neçə vaxtdır şor-çörək yeyən, bir gün əvvəl gözü qaralıb huşunu itirən ağsaqqal E.Allahyarovu ələ salır, üstünə qışqırır, hərdən isə qocanın çətin maddi durumu və çıxılmaz vəziyyətini belə nəzərə almadan onunla məzələnir…Hətta birdən dərdini danışan, kömək istəyən qocanın üstünə qışqırır ki, «Ə, nə qışqırırsan? «Zatkni!», yəni «Mumla!» və sair təhqir və lağ etmələr… Hətta bəzən onu ağır formada təhqir də edir… 2-ci videoda isə etikadan kənar söyüş və biədəb ifadələr yer alıb. Yenə də ahıl insanın düşdüyü çətin maddi durumuna gülərək lağ edən Bayram Mikayılov onu yenidən ələ salır…
İnanırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi bu faktları diqqətlə izləyib müvafiq tədbirlər görəcək

Rubrika.Az

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı