veten informasiya agentliyi

“Azəravtoyol” Xaçmazda sahibkarlardan 35 metr xəracı yığır - Rüşvət ittihamı

Tarix:18-04-2017, 15:31
Baxış Sayı:678

“Azəravtoyol” Xaçmazda sahibkarlardan 35 metr xəracı yığır - Rüşvət ittihamı
















“Azəravtoyol” ASC əməkdaşlarının Xaçmazda obyektlərdən pul yığması haqda iddialar var

Xaçmazda yol kənarından 35 metr aralıda olmayan obyektlərdən qeyri-rəsmi haqq tələb olunur.

Buna səbəb kimi qanunvericiliyə uyğun olmadığı göstərilir və obyektin söküləcəyi xəbərdarlıq edilir. Obyekt sahiblərinin nəzərinə çatdırılır ki, dükan yoldan 35 metr aralıda yerləşməlidir. Odur ki, bu məsələ rüşvət yığımına geniş vüsət açıb. Hazırda hər bir obyekt sahibindən 3-4 min manat tələb edildiyi deyilir. Bu məbləği verən sahibkarın obyekti yerində saxlanır.

Ulus.Az-a rayondan verilən xəbərə görə, Xaçmazda yüzlərlə belə obyekt təhdidlə üzləşib. ASC əməkdaşları iş adamlarını çarmıxa çəkir.

Prezident Yevlaxda sahibkarlığın inkişafı barədə müşavirə keçirir, problemlərin həllinə göstəriş verir, bu sahədə problem yaratmış MTN bandası ifşa olunur, vergi müfəttişləri barədə ölçü götürülür.

Ancaq Saleh Məmmədovun rəhbəri olduğu qurum Xaçmazda sahibkarlara divan tutur. Onlar bildirirlər ki, əgər qanunla 35 metr məhdudiyyəti keçən obyekt sökülməlidirsə, niyə 3-4 min manat rüşvət alandan sonra tikiliyə dəyilmir.

Bundan başqa, “Azəravtoyol” ASC-nin yerli idarəsinin fəaliyyəti nəticəsində Xaçmaz-Xudat yolları bərbad vəziyyətdədir. Bu yoldan istifadə edən sürücülərə cana doyub.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər