veten informasiya agentliyi

Evdən çıxan vətəndaşlar SMS-lə icazə alacaq — RƏSMİ + VİDEO

Tarix:2-04-2020, 15:51
Baxış Sayı:496

Evdən çıxan vətəndaşlar SMS-lə icazə alacaq — RƏSMİ + VİDEO


“Vətəndaşların evdən çıxması ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər artıq öz həllini tapıb. Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Oxu.az məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Onun sözlərinə görə, hər bir vətəndaşın hərəkətləri polis əməkdaşlarında olan elektron cihazlar vasitəsilə izləniləcək: 

“Yəni vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya SMS göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək.

Əhali küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq, vətəndaşın evdən çıxmasına icazənin verilib-verilməməsini müəyyənləşdirəcək”.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, bu barədə yaxın saatlarda sərəncam veriləcək.

Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Baş nazir yeni əmr imzaladı
Baş nazir yeni əmr imzaladı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
Azərbaycan meyvə-tərəvəz idxalını artırdı
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
ABŞ hərbi təyyarəsi Türkiyədə təcili eniş etdi
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Sürücülərin NƏZƏRİNƏ: Həftəsonu bu yollarda təmir aparılacaq
Bu ərazilərimizə qar yağdı
Bu ərazilərimizə qar yağdı
Aliment ödəməyən qadınların sayı açıqlandı
Aliment ödəməyən qadınların sayı açıqlandı