veten informasiya agentliyi

DİM beynəlxalq imtahanların keçirilməsinə başladı

Tarix:14-05-2020, 08:09
Baxış Sayı:496

DİM beynəlxalq imtahanların keçirilməsinə başladı

Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq, beynəlxalq imtahanların keçirilməsinə başlayır.

Mərkəzdən verilən məlumata görə, mart ayından etibarən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə həyata keçirilən tədbirlərə uyğun olaraq beynəlxalq imtahanların keçirilməsi təxirə salınıb. DİM müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq 14 may tarixindən etibarən beynəlxalq imtahanların keçirilməsini davam etdirəcək:
"Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır".
DİM-də keçirilməsi nəzərdə tutulan müxtəlif beynəlxalq imtahanlar və onların tarixləri ilə aşağıdakı cədvəldə təqdim edilir:
İmtahanın adı Tarix Saat
TOEFL iBT 30 may, 13 və 20 iyun, 4 iyul 09:30
GRE 26 iyun, 15 avqust, 5 sentyabr 10:00
IT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s. sahələr üzrə 100-dən çox imtahan Hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Səhər növbəsi: 08:30–13:30
Günorta növbəsi: 14:00-18:00
“Pearson Test of English Academic” (PTE-Academic) Hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri Səhər növbəsi: 10:00–13:00
Günorta növbəsi: 15:00-18:00
SAT 29 avqust, 26 sentyabr,
3 oktyabr, 7 noyabr, 5 dekabr 09:00

3 oktyabr, 7 noyabr, 5 dekabr

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar