veten informasiya agentliyi

Yaşı 40-dək olan şəxslərin nəzərinə: Bu gündən...

Tarix:14-05-2020, 08:28
Baxış Sayı:464

Yaşı 40-dək olan şəxslərin nəzərinə: Bu gündən...

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.

Fövqaladə Hallah Nazirliyindən verilən xəbərə görə 2020-ci ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqəyə qatılmaq istəyən şəxslər ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, əmək kitabçasını (olanlar üçün), tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənədi, sağlamlıq haqqında arayışı (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən), və 3x4 ölçüdə qırmızı fonda çəkilmiş iki fotoşəkli şəxsən təqdim etməlidirlər.
Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaq.Sənədlər 2020-ci il mayın 14-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri Xətai rayonu Nəcəfqulu Rəfiyev 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir. Əlaqə telefonları: (012) 512-17-35 və 512-17-09.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar