veten informasiya agentliyi

Metroda gedişhaqqı qaldırılacaq? - VİDEO

Tarix:14-05-2020, 11:13
Baxış Sayı:452

Metroda gedişhaqqı qaldırılacaq? - VİDEO


Metroda sosial məsafənin qorunması, stansiyalara yalnız icazəsi və tibbi maskası olan şəxslərin buraxılması nəticəsində sərnişin daşımada kifayət qədər azalma müşahidə olunur. Bu da öz növbəsində bir sərnişinin daşınması üçün çəkilən xərcin artmasına səbəb olub. Məhz bunu nəzərə alaraq, son günlər sosial şəbəkələrdə metroda gediş haqqının artacağı ilə bağlı xəbərlər yayılır.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Xalid Kərimli – İqtisadçı: “Biz bundan da əvvəl dəfələrlə metro rəhbərliyinin bəyanatlarını da eşidirdik ki, bir nəfər sərnişinə düşən xərcin maya dəyərini onun qiyməti qarşılamır. İndiki məqamda sərnişin daşımanın daha da azalması maya dəyərini daha da artıracaq, sərnişin daşımanın maya dəyəri qiyməti dəfələrlər üstələmiş olacaq”.

Bununla belə, ekspertlər hesab edir ki, indiki məqamda metroda gediş haqqının qaldırılması sosial problemlərin artmasına və əhalinin xərclərinin yüksəlməsinə səbəb ola bilər.

Azər Allahverənov - Ekpert: “Birmənalı şəkildə bunun qiymətin qaldırılaraq tam şəkildə sərnişinlərin üzərinə qoyulması da düzgün deyil. Qiymətin qaldırılması mən düşünürəm ki, əslində insanların maraqlarına ziddir və onların rifahının pisləşməsinə gətirib çıxaran hal ola bilər”.

Xalid Kərimli – İqtisadçı: “Bunun ən ağlabatan hissəsi dövlət tərəfindən subsidiyaların artırılmasıdır. Lakin eyni zamanda metro rəhbərliyi öz xərclərinə yenidən baxmalıdır. Metroda xidmətin keyfiyətin təsir göstərməyən xərclərini ləğvinə çalışmalıdır ki, maya dəyəri aşağı düşsün”.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda sərnişinlərin sayının 8-10 dəfə az olduğunu deyən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, metroda gediş haqqının artırılması gündəmdə deyil.

Bəxtiyar Məmmədov – “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi: “Hazırda metroda sərnişindaşıma hardasa 52 qəpiyə başa gəlir. Təbii ki, bu fərqin olduğu kifayət qədər hiss olunur. Lakin son günlərdə yaranmış şayələrin hər hansı əsası yoxdur. 2-ci bir yaranan şayə o oldu ki, guya ki, makı metrosunda hərəkətin ən yüksək səviyyədə təşkil etmək üçün qatarlar alınmalıdır. Yəni bu da tamamilə əsassız bir fikirdir”.

Qeyd edək ki, 2018-ci ilin iyulunda Bakı metropolitenində sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik müəyyən edilib.


İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar