Fazil Əkbərov: Azərbaycan xalqı xüsusi karantin rejimi dövründə həmrəylik nümayiş etdirir
Tarix:19-05-2020, 07:43
Baxış Sayı:573
DSMF-nin Ağcabədi rayon şöbəsinin müdiri Fazil Əkbərov- Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizə ölkə üzrə infeksiyanın yayılma coğrafiyasını məhdudlaşdırıb. Yoluxma halları ilə bağlı son günlərin statistikası ümidvericidir – artıq sağalanların sayı üstünlük təşkil edir.
Bununla belə, dövlət yenə də tədbirlər görməkdədir, bu məqsədlə xüsusi karantin rejiminin müddəti mayın 31-nə qədər uzadılıb.
Azərbaycan xalqı xüsusi karantin rejimi dövründə həmrəylik nümayiş etdirir.
Əhali, eyni zamanda, Prezidentin ideyaları və siyasətinin arxasında sıx birləşdiyini bəyan edir.
Dövlət başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktubları da bunu sübut edir.
Koronavirus pandemiyası ilə mübarizənin bir nömrəli qəhrəmanları sözsüz ki, həkimlər, tibbi personaldır. Belə durumda onların işinin nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil. Bunu anlamaq üçün təkcə günümüzün qəhrəmanlarının 12 saat fasiləsiz skafandır geyimində çalışdığını düşünmək kifayət edər.
Azərbaycan dövləti koronavirusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarını nəzərə almaqla çox ciddi tədbirlər həyata keçirir. Ölkə vətəndaşlarının qorunması, onların sağlamlıqlarının müdafiəsi əsas vəzifəyə çevrilib. Belə gərgin günlərdə tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür.
Onları bugünlərin qəhrəmanı da adlandırmaq olar. Çünki tibb işçiləri insanların sağlamlığını, həyatını təhdid edən koronavirusa qarşı mübarizədə fədakarlıq göstərirlər. Onlar öz peşələri gərəyincə həyatlarını riskə ataraq, ilk növbədə, şübhəli şəxsləri müayinə edir, onları təcrid olunan ərazilərə aparır, infeksiyaya yoluxan şəxslərin birbaşa müalicəsi ilə məşğul olurlar.
Öz peşələrinə, Hippokrat andına sadiq olan həkimlərimizin ilk gündən koronavirusa qarşı mübarizədə böyük əzmkarlıq, cəsarət nümayiş etdirdiklərini yüksək qiymətləndirən Prezident İlham Əliyev Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında deyib: "Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər”.
Ümidsizlik həmişə bu xalqa yad olub. Odur ki, ən ağır günlərində də bütün problemlərin həllini tapacağına, gələcəyin daha gözəl olacağına inamını qoruyaraq "hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyib. Bütün dünyada pandemiyaya çevrilmiş koronavirus təhlükəsi də sovuşacaq. Öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən həkimlərin əməyi isə heç zaman unudulmayacaq.
Gəlin, biz də polislərimizi qoruyaq! - Polislərimiz gücləndirlmiş iş rejimində işləyir
Polislərimizin əməyini necə qiymətləndiririk?! Vətəndaşlar koronavirusla mübarizədə görülən işlərdən razıdırlar
Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük
Təkcə həkimlərimiz, polislərimiz deyil karantin dövründə əziyyət və zəhmət çəkən bütün soydaşlarımızı alqışlayırıq. Göydə Allahımız yerdə Cənab Prezidentimiz olmaqla biz də ölkəmiz də bu virusdan xilas olacağıq. Allah Cənab prezidentimi,i, ailəsini və bütün xalqımızı qorusun.