
Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Feyzi Tahirov öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Feyzi həkim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir.Feyzi həkimi tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir. Bəli, bu gün o, olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər qoyur.Hər kəsə bəllidir ki, Feyzi həkim yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Hal-hazırda, Feyzi həkim elə addım atır ki, hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Feyzi Tahirov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” və "hörmətli Feyzi Həkim"deməsi də burdan qaynaqlanır. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, yolumuz müstəqil, demokratik dövlət qurmaqdır, hüquqi dövlət qurmaqdır, dünyəvi dövlət qurmaqdır. Biz bu yol ilə gedirik. Bu, bizim Konstitusiyamızda təsbit olunubdur. Son illər qəbul etdiyimiz yüzlərlə, bəlkə də minlərlə qanunlarda, fərmanlarda təsbit olunubdur. Bu yol ilə gedirik. Bu halda gərək, Azərbaycanın dövlət strukturlarının hamısı demokratik, hüquqi dövlət prinsiplərinə uyğun olsunlar.
Son vaxtlar Prezident İlham Əliyevin apardığı kadr islahatları vətəndaş mövqeyinin üstün tutulmasından xəbər verir.Kadr islahatları təkcə paytaxt Bakını deyil, eləcə də Respublikamızın digər rayonlarını da əhatə edir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur.
Bu gün Azərbaycanda dövlət tərəfindən uğurla həyata keçirilən və birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin daima öz diqqətində saxladığı iqtisadi islahatlar regionlarımızın sürətli inkişaf yoluna çıxmasını təmin etmişdir. Bu baxımdan hazırda dinamik inkişafı ilə diqqəti cəlb edən bölgələrimizdən biri də Ağcabədi rayonudur.
Ümumiyyətlə son zamanlar Ağcabədi rayonunda gedən abadlıq-quruculuq işlərinin nəticəsidir ki, şəhərn də siması xeyli dəyişib, gözəlləşib. Həyata keçirilən iri infrastruktur layihələri, yeni istifadəyə verilən mədəni-sosial obyektlər, yatırılan sərmayələr bu rayona dövlət qayğısının bariz nümunəsidir.
Sonda Ağcabədi rayon Mərkəzi stəxanasının Baş həkimi Feyzi Tahirov başda olmaqla Ağcabədinin bütün səhiyyə işçilərinə bütün işlərin uğurlar diləyirik.
Müəllif: Vəsilə Bağırlı