veten informasiya agentliyi

Sumqayıtda itləri döyüşdürənlərin kimliyi müəyyənləşdi – RƏSMİ MƏLUMAT

Tarix:27-05-2020, 11:59
Baxış Sayı:482

Sumqayıtda itləri döyüşdürənlərin kimliyi müəyyənləşdi – RƏSMİ MƏLUMAT

Sumqayıt şəhərində it döyüşləri təşkil edənlərin kimliyi bəlli olub.

Hurriyyet.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdəki şəxslərin kimliyi müəyyənləşdirilib: “Araşdırmalar davam etdirilir. Həmin adamların izahatları alınıb. Hazırda onların əməlinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırma davam etdirilir. Yekun qərar olduqda, ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, yayılan məlumatlarda Sumqayıt şəhərində Mətləb adlı şəxsin “Pitbull” fermasında it döyüşləri təşkil etdiyi bildirilirdi. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. “Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar