veten informasiya agentliyi

Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik?

Tarix:1-06-2020, 07:52
Baxış Sayı:449

Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik?

Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp ölkəsində sosial şəbəkələrin fəaliyyətinin məhdudlaşdırıla, hətta dayandırıla biləcəyini bildirib. Ölkə başçısı qeyd edib ki, daha sosial şəbəkələr məsuliyyətdən müdafiə hüququna malik olmayacaqlar.

Heç şübhəsiz ki, bu təklif sosial şəbəkələrdə təxribat xarakteri daşıyan, qeyri-etik ifadələr işlədən şəxslər üçün nəzərdə tutulub.

Maraqlıdır, Azərbaycanda sosial şəbəkə istifadəçiləri necə, məsuliyyətə cəlb oluna bilərmi? İstifadəçinin rahatlıqla müəyyən edilməsi üçün sosial şəbəkədə qeydiyyat zamanı istifadəçilərin şəxsiyyət vəsiqəsində olan şəxsi məlumatların yerləşdirilməsi mümkündür?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyir ki, hansısa ölkənin sosial şəbəkə istifadəçisi barədə şəxsi məlumatı əldə etməsi və şəxsi məsuliyyətə cəlb etməsi çətin məsələdir:

“Qlobal resursların hansısa başqa ölkə daxilində tənzimlənməsi asan məsələ deyil. Yəni “Youtube”, “Facebook” kimi platformaları hansısa ölkənin tənzimləməsi çox çətin məsələdir. Çünki qurumun hüquqi təminatları, informasiya bazaları xaricdədir. Yəni hüquqi təchizatlar xaricdə olduğu üçün milli ölkələr sistemi tənzimləyə bilmir. Bunun üçün ölkələr qlobal resursun sahibi ilə əməkdaşlıq etməlidirlər. Yəni fərd barədə məlumatlar sistem sahibinin razılığı ilə əldə olunmalıdır. Əks halda qeyri-qanuni müdaxilə olmalıdır ki, bunu da hökümətlər etmir. Ona görə düşünürəm ki, son dövrlərdə yaranan situasiya onun göstəricisidir ki, qlobal resursların tənzimlənməyinə ehtiyac var. ABŞ-da 1996-cı ildə qəbul olunan qanuna görə bu cür qlobal resurslar məsuliyyətdən kənardır. Məsələn, sosial şəbəkədə, sosial mediada yerləşdirilən məlumata görə şəxs günahkar hesab olunur, platforma yox. İndi istifadəçilərin paylaşdığı informasiyalara qlobal resurslar özləri əl gəzdirməyə başlayıblar. Məsələn, istifadəçinin paylaşımına Tvitter işarə qoyur ki, bu məlumat yalan da ola bilər. Artıq resurslar paylaşımlara müdaxilə edirlər. Tramp da deyir ki, əgər sosial şəbəkə müdaxilə edirsə, demək həmin şəbəkə özü də məsuliyyət daşıyır. Trampın təklifi Konqresdə səsverməyə çıxarılmalıdır, amma təklifin qəbul olunma məsələsi şübhə doğurur”.

İKT üzrə ekspert sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək məsələsinə də aydınlıq gətirib:

“Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək texniki baxımdan mümkün deyil. Çünki bizim fərdi məlumatlarımız qanuna görə Azərbaycanda olmalıdır. Qlobal resursların isə məlumat bazaları xaricdədir. Ümumiyyətlə bu addımın düzgün olacağını da düşünmürəm. Qlobal resurslar özlərinin kontentlə bağlı qaydalarına əl gəzdirməlidirlər. Yəni onlar kontentə müdaxilə etməməlidirlər və məsələnin beynəlxalq müstəvidə tənzimlənməsi daha doğru olardı”.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar