veten informasiya agentliyi

Şənbə günü yenidən çörək davası olacaq? - Açıqlama

Tarix:10-06-2020, 12:14
Baxış Sayı:467

Şənbə günü yenidən çörək davası olacaq? - Açıqlama


Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həftəsonu ölkədə sərt karantin rejimi tətbiq edildi. Lakin qərar açıqlandıqdan sonra insanlarımız çörək üstündə az qala davaya çıxdılar, kimi bu davada 7-8 çörək alıb qalib oldu, kimi isə heç bir çörək də ala bilmədi. Təbii olaraq bu hadisə zamanı nə sosial məsafə qorundu, nə də maska taxan oldu. Biz isə bunun fəsadlarını yəqin ki, 10 gün sonra müşahidə edəcəyik.

Maraqlıdır, təkrar tətbiq olunacaq sərt karantin rejimində eyni halların yaşanmaması üçün çörək zavodları tərəfindən hansı tədbirlər görüləcək?

“Baker” çörək zavodunun direktoru Zakir Əliyev bildirib ki, həftəsonu vətəndaşların çörək ehtiyacını qarşılamaq üçün hazırdırlar. Buna görə istehsal həcmi artırılmayacaq:

“Biz ötən dəfə də sərt karantin rejiminə hazır idik və problemlə üzləşmədik. Bu dəfə də var gücümüzlə işləyib dükanları çörəklə təmin edəcəyik. Hansı dükanlarla, şəbəkələrlə işləyiriksə, onlara əlaqə nömrələrimizi vermişik. Lakin əməkdaşlıq etmədiyimiz dükanlara da yardım göstərməyə hazırıq, bunun üçün zəng vurmaqları kifayətdir.

Şəhərin istənilən yerinə çatdırma imkanımız mövcuddur. İşçilərimizi də cəlb etmişik, cümə günü iş saatından artıq işləyəcəklər, lazım gəlsə, 2-3 növbə yaradacağıq, çünki 24 saat iş olacaq.

Şənbə günü isə gecə saat 10-dək fəaliyyət göstəriləcək. Bu prosesi həyata keçirmək üçün istehsalı artırmamışıq, çünki çörək elə bir şeydir ki, biz onu təzə-təzə çatdırmalıyıq. Tutaq ki, biz istehsalı artırsaq, sabah üstümüzə qayıdacaq. İstehsal həcmini artırmağa hazırda ehtiyac yoxdur. Nəzərdə tutmuşuq ki, qeyd etdiyimiz günlərdə bütün dükanları çörəklə dolduraq və elə də edəcəyik.

Nömrələrimizi zəhmət olmasa, yazıda yerləşdirin, hansı mağazada problem olsa, bizə xəbər olunduqdan 30-40 dəqiqə sonra həmin dükana çörək çatdıra bilərik. Bildirim ki, biz əhalinin heç bir problem yaşamaması üçün çalışacağıq, qazanca görə yox... 055 909 26 36 satış müdirinin, 055 909 26 46 bölgə müdirinin, 055 387 99 99 isə mənim nömrəmdir. Problem yaşanarsa, zəng vura bilərlər”.

“Sərham” MMC çörək zavodunun satış meneceri Rövşən Bəşirov isə lazım gəlsə istehsalın artırılacağını diqqətə çatdırıb. O, həmçinin sadəcə əməkdaşlıq etdikləri mağazalara çörək çatdırılacağını vurğulayıb:

“Bəli, lazımi tədbirlər görüləcək. Ehtiyac olarsa, istehsal da artırılacaq. Bu, nəzərdə tutulur. Bizdə iş rejimi 24 saatdır. Növbəlilik prinsipi ilə mağazaları maksimum dərəcədə çörəklə təmin etməyə çalışacağıq. Lakin biz sırf əməkdaşlıq etdiyimiz dükanlara çörək çatdıracağıq”.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar