veten informasiya agentliyi

AZAL Bakı-İstanbul reysinin sərnişinlərinə müraciət etdi

Tarix:16-06-2020, 08:30
Baxış Sayı:478

AZAL Bakı-İstanbul reysinin sərnişinlərinə müraciət etdi

“Azərbaycan Hava Yolları” Bakı-İstanbul reysi ilə uçan sərnişinlərə müraciət edib.

Müraciətdə bildirilir ki, 17-18 iyun tarixlərində Bakıdan İstanbula uçan sərnişinlər uçuşdan əvvəl mütləq qaydada koronavirus infeksiyası (COVID-19) testindən keçməlidirlər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı:

- İnci laboratoriyası - Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80

- Referans klinikası - Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33

- Memorial Klinik, Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40

Qaydalara əsasən, sərnişinin koronavirus testindən keçməsi barədə arayış uçuşdan ən gec 48 saat əvvəl verilməlidir. Sərnişin yalnız testdən keçərək, mənfi nəticə əldə etməsi barədə arayış təqdim etdikdən sonra təyyarəyə buraxılacaq.

Bakı-İstanbul reyslərinə birinci Terminalda xidmət göstəriləcək.

Xatırladırıq ki, 17 və 18 iyun tarixlərində “Azərbaycan Hava Yolları” tərəfindən Bakı-İstanbul-Bakı marşrutu üzrə iki xüsusi reys yerinə yetiriləcək.

Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək.

Bakı-İstanbul reysinə aviabiletləri həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya həmin ölkələrdə yaşamaq hüququna malik olan şəxslər) əldə edə bilər.

İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

AZAL sərnişinləri Operativ Qərargahın, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizəyə dair bütün tələb və tövsiyələrinə əməl etməyə çağırır.

Aviaşirkət və hava limanı əməkdaşları isə, öz növbələrində, uçuşun maksimum dərəcədə rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalnız qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar