veten informasiya agentliyi

Azərbaycanda daha bir xəstəxana koronaviruslu xəstələr üçün ayrıldı

Tarix:17-06-2020, 12:31
Baxış Sayı:509

Azərbaycanda daha bir xəstəxana koronaviruslu xəstələr üçün ayrıldı


Bu gündən Göyçay Rayon Mərkəzi Xəstəxanası "COVİD-19"la mübarizə xəstəxanası kimi fəaliyyət göstərməyə başlayıb.

APA xəbər verir ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov bu səhiyyə ocağının qapılarının iyunun 19-da vətəndaşların üzünə bağlanması və koronavirusla mübarizə məqsədilə karantin xəstəxanası kimi fəaliyyətə başlaması, eləcə də insanların bu gün səhər saatlarından etibarən içəri buraxılmaması ilə bağlı yaranan narazılıqlara görə Göyçay sakinlərinə müraciət edib, hamını anlayışlı və səbrli olmağa çağırıb.

Direktor APA-nın yerli bürosuna bildirib ki, xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşan və müxtəlif hadisələr nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edəcək. Stansiyada bununla əlaqədar zəruri tədbirlər görülüb və şərait yaradılıb. Göyçay Ailə Sağlamlıq Mərkəzində isə şəkərli diabet, ruhi-əsəb, onkoloji və vərəm xəstələrinin qəbulu və müvafiq dərmanlarla təchizatı təşkil olunub.

Bundan əlavə, müxtəlif cərrahiyyə əməliyyatları və doğuş üçün müraciət edən Göyçay sakinləri, eləcə də avtomobil qəzaları zamanı ağır xəsarət alan şəxslər, digər ağır xəstələr Kürdəmir, Ağsu, Yevlax və Mingəçevir xəstəxanalarına müraciət edəcəklər. Göyçay RMX-də 100-dən çox tibb işçisi fəaliyyət göstərəcək, digər işçilər isə məcburi məzuniyyətə göndəriləcək. Göyçayın kəndlərindəki həkim tibb məntəqələri fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar