veten informasiya agentliyi

Böyük idman kompleksləri pandemiya ilə mübarizəyə ayrıla bilər - AÇIQLAMA

Tarix:19-06-2020, 07:59
Baxış Sayı:465

Böyük idman kompleksləri pandemiya ilə mübarizəyə ayrıla bilər - AÇIQLAMA


Ölkədə koronavirusa yoluxma halları stabil olaraq artdığı üçün modul tipli xəstəxanalar, eləcə də, digər dövlət xəstəxanaları pandemiya ilə mübarizəyə ayrılır. Belə davam edərsə, dünya ölkələrində tətbiq edilən praktikanı nümunə götürüb, Bakı İdman Sarayını da pandemiya üçün bağlamaq olar”.

Oxu.Az xəbər verir ki, bunu İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə vəziyyətin gedişatından asılı olaraq, ABŞ-ın, Türkiyənin, Çinin, Rusiyanın, İspaniya, İtaliya və Böyük Britaniyanın təcrübələrindən yararlana bilərik:

“Belə ki, həmin ölkələrdə geniş idman sarayları, mərkəzləri pandemiya ilə mübarizəyə ayrılıb. Bizdə də Bakı İdman Sarayı, eləcə də, digər geniş idman kompleksləri koronavirusla mübarizə xəstəxanalarına çevrilə bilər. Bu məsələ öncədən müzakirə edilə bilər. Həmin mərkəzlərin bəzilərinin yüngül, bəzilərinin isə daha ağır xəstələrin yerləşdirilməsi üçün ayrılması mümkündür”.

N.Seyidov vurğulayıb ki, bu istiqamətdə müzakirələr insanların digər xəstəliklərlə bağlı müraciətlərinin də tənzimlənməsinə kömək edə bilər:

“Bu, digər xəstəliklərlə bağlı müraciət edən şəxslərin daha rahat şəkildə qəbul olunmasını təmin etmək üçün əlverişli ola bilər. Eyni zamanda, artan xəstə sayını da nəzarətdə saxlaya bilərik”.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar