veten informasiya agentliyi

“Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək

Tarix:19-06-2020, 10:11
Baxış Sayı:531

“Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək

İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirilib.

Bununla bağlı “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar operativ qərargahın iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlərin tətbiq olunması qərarı ilə əlaqədar olaraq “Azərişiq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Karantin günlərində istehlakçılara fasiləsiz və dayanıqlı elektrik enerjisinin verilişinin təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirilb. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin, abonentlər xüsusi karantin günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azerishiq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.

Yarana biləcək hər hansı nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar