veten informasiya agentliyi

Əhaliyə ŞAD XƏBƏR: 190 manat ödəniş yenidən veriləcək - RƏSMİ

Tarix:23-06-2020, 10:27
Baxış Sayı:454

Əhaliyə ŞAD XƏBƏR: 190 manat ödəniş yenidən veriləcək - RƏSMİ

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax,
Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində
birdəfəlik ödəmənin verilməsi haqqında qərar verib.

"BakuPost"un məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərarda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin
səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7
aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus
(COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq
olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik
ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt,
Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı
rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış
şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama
keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi
birdəfəlik şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar