veten informasiya agentliyi

GÖMRÜK KOMİTƏSİNİN BİNASI SÖKÜLƏCƏK – Yeni tikilən inzibati bina Bakının Baş Planını pozur?

Tarix:30-06-2020, 08:57
Baxış Sayı:539

GÖMRÜK KOMİTƏSİNİN BİNASI SÖKÜLƏCƏK – Yeni tikilən inzibati bina Bakının Baş Planını pozur?


“Bakıda Hüseyn Cavid bağının qarşısında, Gömrük Komitəsinin və Ekologiya Nazirliyinin arasındakı yerdə yüksək mərtəbəli bina tikintisi üçün çox böyük çala qazılır. Halbuki bu zolaq paytaxtın Baş Planına görə Qış Parkının və yeni Mərkəzi Parkın davamı üçün nəzərdə tutulub”.

Hurriyyet.org xəbər verir ki, bu barədə “AzPolitika.info”-ya əməkdar inşaatçı Yusif Nağıyev məlumat verib. O həmin ərazidə tikintinin yolverilməz olduğunu bildirib.

Əməkdar inşaatçının verdiyi məlumat üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğluna sorğu göndərdik.

Ramiz İdrisoğlu “AzPolitika.info”-ya açıqlamasında həmin məlumatı təsdiq edib və bildirib ki, həmin ərazidə tikinti aparılması planlaşdırılır: “Orada Dövlət Gömrük Komitəsi (DGK) üçün yeni inzibati bina tikiləcək və bununla bağlı hazırlıq işləri aparılır. Tikintiyə icazə proseduru tamamilə yekunlaşmadığı üçün hazırda tikinti işləri tərəfimizdən dayandırılıb. Amma icazə məslələri yoluna qoyulacaq və Komitə üçün yeni bina tikiləcək”.

Ramiz İdrisoğlu qeyd edib ki, DGK-nin hazırki inzibati binası söküləcək və həmin ərazi nəqliyyatın sərbəst hərəkəti üçün genişləndiriləcək: “Yeni tikiləcək inzibati binada isə bütün infrastruktur, o cümlədən yeraltı parkinq nəzərdə tutulub. Eyni zamanda ətrafın abadlaşdırılması, yaşıllaşdırılması da nəzərdə tutulur”.
GÖMRÜK KOMİTƏSİNİN BİNASI SÖKÜLƏCƏK – Yeni tikilən inzibati bina Bakının Baş Planını pozur?
Həmin ərazidə Bakının Baş Planına zidd olaraq bina tikilməsi barədə əməkdar inşaatçının dediklərinə gəlincə, R. İdrisoğlu bildirdi ki, ümumiyyətlə paytaxtın Baş Planı təsdiq olunmayıb.

“Qış parkı ilə Mərkəzi Parkın birləşərək həmin əraziyə qədər uzadılması da mümkün deyil. Çünki həmin ərazidə yaşayış binaları var. Mərkəzi Parkın isə İ. Qutqaşınlı küçəsinə qədər genişləndirilməsi nəzərdə tutulur”-deyə Komitə rəsmisi vurğulayıb.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar