veten informasiya agentliyi

Lerikdə dəhşətli qəzada ölənlərin və yaralananların adları bilindi - YENİLƏNİB

Tarix:2-07-2020, 07:43
Baxış Sayı:747

Lerikdə dəhşətli qəzada ölənlərin və yaralananların adları bilindi - YENİLƏNİB



Lerikdə baş verən qəzada ölən və yaralanan şəxslərin adları məlum olub.

Oxu.Az xəbər verir ki, qəza zamanı Lerik rayon sakinləri - sürücü, 1977-ci il təvəllüdlü Habil Əzimov və onun sərnişinləri - 1996-cı il təvəllüdlü Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb.

Yaralılar, Lerik rayon sakinləri 1984-cü il təvəllüdlü Mübariz Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Əzimova xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

09:46

Lerikdə maşın dərəyə yuvarlanıb, ölənlər və yaralananlar var.
APA-nın verdiyi məlumata görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb.
UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
İlkin məlumata görə, qəza nəticəsində üç nəfər həyatını itirib.
İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər