veten informasiya agentliyi

Novruz Aslanov seçicilərini kabinetində qəbul etdi - FOTO

Tarix:3-07-2020, 07:03
Baxış Sayı:509

Novruz Aslanov seçicilərini kabinetində qəbul etdi - FOTO
Koronavirus (COVİD-19) epidemiyası ilə mübarizədə ölkəmiz bütün vasitələrdən istifadə edərək insanların yoluxmaması üçün zəruri tədbirləri həyata keçirməkdədir. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Operativ Qərargah tərəfindən tətbiq olunan məhdudiyyətlər, qəbul edilən qərarlar və çağırışlar əhalinin sağlamlığı naminə atılan addımlardandır.



Modern.az xəbər verir ki, millət vəkili Novruz Aslanov respublikada tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq, yalnız zəruri hallarda deputat seçildiyi İsmayıllı rayonuna səfərlər edərək seçicilərini qəbul edir. Məlumat verdiyimiz kimi digər vaxtlarda onlayn və telefon vasitəsilə seçicilər ilə əlaqə saxlanılır.


Iyulun 2-də deputat İsmayıllı rayonuna növbəti belə səfərini edib. İsmayıllı şəhərindəki ofisində seçicilərini qəbul edib, problemləri ilə maraqlanıb. Qəbula gələn hər bir sakinə sanitar-epidemioloji qaydalar izah olunub, ehtiyac olduqda onlar qoruyucu maskalarla təmin edilib və digər qoruyucu vasitələrdən istifadə olunub. Fərdi qaydada keçirilən qəbulda əsasən gündəlik zəruri ehtiyacların qarşılanması məsələsinə önəm verilib. Şəxsi gigiyena üçün nəzərdə tutulmuş vasitələrlə sakinlərə yardım edilməsi məqsədilə millət vəkili köməkçilərinə tapşırıq və tövsiyələrini verib.



Pandemiya dövründə millət vəkili İsmayıllı rayonuna 8 səfər edib və 7 onlayn qəbul keçirib. Onlarla müraciətə baxılıb və onların 80 faizi öz həllini tapıb, digər müraciətlər qeydə alınaraq əlaqədar qurumlara göndərilib. Müraciətlərin böyük əksəriyyəti şəxsi məişət problemləri ilə bağlı olub, həmçinin, sosial yönümlü məsələlər də bu sıradan olub.



Məlumat üçün bildirək ki, İsmayıllı rayonunda həyata keçirilən bütün humanitar layihələr yerli icra hakimiyyəti orqanı ilə koordinasiya edilir.
Novruz Aslanov seçicilərini kabinetində qəbul etdi - FOTONovruz Aslanov seçicilərini kabinetində qəbul etdi - FOTONovruz Aslanov seçicilərini kabinetində qəbul etdi - FOTONovruz Aslanov seçicilərini kabinetində qəbul etdi - FOTONovruz Aslanov seçicilərini kabinetində qəbul etdi - FOTO

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar