veten informasiya agentliyi

Eyyub Hüseynov: “Ticarət obyektlərində kassirlər bəzən əllərin dezinfeksiyası qaydasına məhəl qoymurlar”

Tarix:10-07-2020, 05:52
Baxış Sayı:490

Eyyub Hüseynov: “Ticarət obyektlərində kassirlər bəzən əllərin dezinfeksiyası qaydasına məhəl qoymurlar”

Son günlər COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ticarət və xidmət sahələrinin işinə nəzarət daha da gücləndirilib. Qaydaları pozan obyektlərin səlahiyyətli əməkdaşları, eləcə də istehlakçılar qanunvericiliyə uyğun cərimə edilirlər.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov qeyd edib ki, bir müddət öncə xidmət və ticarət müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli olan tədbirlər açıqlanmışdı:

“Həmin qaydalara əsasən, obyektlərdə sanitar-məişət otaqlarının (sanitar qovşağı, soyunub-geyinmə otağı və s.), mətbəxlərin, heyət otaqlarının, xidmət zallarının mütəmadi dezinfeksiya edilməsi və digər təmizlik işlərinin aparılması, qida zallarında ara məsafənin gözlənilməsi, işçilərin qoruyucu maskadan, eləcə də dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi və digər təlimatlara əməl olunması vacib şərtlər kimi qoyulur. Xidmət sahələrində giriş-çıxışlarda ayaqaltlıqlar, qapı və qapı tutacaqları, istehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları, məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər, çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər, anbarlar, tullantı qabları, ödəniş terminalları, kassada yerləşən konveyerlər və s. mütəmadi qaydada dezinfeksiya olunmalıdır”.

Birlik rəhbərinin sözlərinə görə, maskadan istifadə etməyən istehlakçıların ticarət və xidmət obyektlərinə buraxılması qadağan edilib. Girişdə isə onların temperaturu ölçülür və yalnız hər şey qaydasında olduğu təqdirdə obyektə daxil olmağa icazə verilir:

“Yaranmış şəraitə görə istehlakçılar, satıcılar, xidmət göstərən digər şəxslər daha mükəmməl davranış nümayiş etdirməlidirlər. Hər kəs başa düşməlidir ki, bütün bunlar insanların sağlamlığının qorunmasına, pandemiyanın qarşısının alınmasına xidmət edir.

Müəyyənləşdirilmiş qaydalara sözsüz əməl olunmaqla bərabər, düşünürəm ki, digər məsələlərə də diqqət yetirilməlidir. Azad İstehlakçılar Birliyinə daxil olan müraciətlərdə kartlardan istifadə zamanı yoluxma ehtimalının yarandığını bildiriblər. Ticarət obyektlərində çalışan kassirlər yüzlərlə kartla təmasda olduqları halda, bəzən əllərini dezinfeksiya etmək qaydasına məhəl qoymurlar.

Təəssüf ki, biz bəzən marketlərdə çalışan şəxslərin də maskadan istifadə etmədiyinin şahidi oluruq. Bütün bu məsələlərə ciddi nəzarət edilməlidir”.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar