veten informasiya agentliyi

Müəllimlərin işə qəbul imtahanları ilə bağlı narazılıq var - "Ədalət bərqərar olunsun”

Tarix:21-07-2020, 08:20
Baxış Sayı:516

Müəllimlərin işə qəbul imtahanları ilə bağlı narazılıq var - "Ədalət bərqərar olunsun”
Müəllimlərin atestasiya, o cümlədən də işə qəbul imtahanı ilə bağlı zaman-zaman ziddiyyətli fikirlər səsləndirilir. Bəzi ekspertlər bu imtahanları müsbət qiymədləndirsələr də, bəziləri bunun çox lazımsız olduğunu düşünürlər. Və bunu bir sıra səbəblərlə əlaqələndirirlər.

Dominant.az-a danışan təhsil eksperti Elçin Əfəndi də düşünür ki, hər il müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda ziddiyyətli məqamlar mövcuddur.

Ekspertin fikrincə, ilk məqam ondan ibarətdir ki, verdiyimiz təhsili bir də imtahan edirik: “Düzdür, burada şəffaflıq əsas götürülür. Amma düşünürəm ki, bunu başqa üsulla da həll etmək mümkündür”.

E.Əfəndi məsələnin problemli tərəflərini də izah edib: “Müəllimlərin işə qəbulu imtahanında ixtisas, məntiq və kurikulum sualları bu ilə qədər istifadə olunurdu. Bu ildən isə ixtisas, pedaqogika və kurikulum sualları imtahanda yer alacaq. Amma təəssüfləndirici məqam ondan ibarətdir ki, bunların heç biri ilə bağlı ədəbiyyat siyahısı yoxdur. Məsələn, Dövlət İmtahan Mərkəzi bütün növ imtahanlarında, demək olar ki, hazırlıq üçün ədəbiyyat siyahısını verir. Hazırlıq keçən namizəd üçün ədəbiyyat siyahısı mayak rolunu oynayır. Amma müəllimlərin işə qəbul imtahanında bu, belə deyil. Məhz bu natamamlıq da bəzi işbazların, pulbazların qazanc mənbəyinə çevrilir. Sloqanları da belədir ki, "bütün suallar bu kitabdan düşəcək, testlər yalnız buradan istifadə olunacaq, hamısı bu kitabda var". və s. və ilaxır. 7-8 ay hazrılıq keçən müəllim onsuz da, kifayət qədər xərcə düşüb və bir də gündə çıxan kitablar və onların işbaz müəlliflərinə görə bir də əlavə xərcə düşür. Hələ bu pandemiya dövründə, işsizliyin mövcud olduğu vaxtda baş verirsə, siz imtahan verəcək müəllimləri düşünün”.

“Ötən illərə qədər Malik Aranlı və Ceyhunə Yusifovanın tərtib etdikləri dərsliklərdən istifadə olunurdu. Sonra bir neçə müəllif də dərslik çap etdi. Bir neçə ay öncə tanıdığım dostların "Kurikulum bələdçisi" adlı dərslikləri də çap olundu. Düz bir həftə olar ki, yeni bir müəllif çıxıb ortaya və bütün hər kəsə deyir ki, suallar mənim kitabımdan düşəcək və beləcə namizədlər təşvişə düşür. Dərhal kitab mağazasına hücüm. Kitab da neçəyə olsa yaxşıdır? Nə az, nə çox, düz, 15 AZN. Təklif edirəm ki, bu adamı marketinq sahəsi üzrə məsul bir işə dəvət edək. Belələri bu sahədə daha çox qazanc əldə edə bilərlər”, - mesahibimiz bildirib.

Ekspert vurğulayıb ki, yaxın günlərdə keçirilən sınaq imtahanına düşən suallar da həmin 15 manata satılan kitaba əsaslanıb: “Nə gözəl iş qurulub deyilmi? Müəllimləri manipulyasiya edərək qazanc götürmək”.

Müsahibimizin sözlərinə görə, Təhsil Nazirliyi bütün bunları müşahidə etsə də, susur: “İnsan Resursları Mərkəzi vahid ədəbiyyat siyahısı elan etməyin zamanı olduğunu bildirməlidir. Əgər vahid dərsliyə əsaslanmırlarsa, o zaman belə işbazların dərslikləri əsasında sual hazırlanmamalıdır. Müəllimlər indi həyəcan içərisindədirlər. Bəziləri pandemiya vəziyyətinə görə, bir çoxu müəlimlərin qəbul imtahanında iştirak edə bilməyəcəyinə görə zatən stres keçirir. Bir də onları hansısa dəllal, kələkbaz əli ilə vurmayaq daha dözülməzdir”.

“Kurikulumdan sualların düşməsinin əleyhinə deyiləm, əslində düşməməsi daha gözəl olardı. Ancaq mütləq vahidlik prinsipinə uyğun addım atılmalıdır. İxtisas üzrə, kurikulum üzrə, pedaqogika üzrə ədəbiyyat siyahısı açıqlanmalıdır. Mövzuları açıqlamaq əsas deyil. Əsas ədəbiyyat siyahısıdır ki, hər yerindən duran müəllif, "gördünüz, mənim kitabımdan düşdü", "hamısı mənim suallarım idi" kimi fikirlərlə ajiotaj yaratmasınlar və bu vəziyyətdən yararlanaraq öz xeyirlərini güdməsinlər. Yekun olaraq, ədalət bərqərar olunsun”, - deyə Elçin Əfəndi vurğulayıb.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar