veten informasiya agentliyi

Dənizdə dalğanın hündürlüyü 5.3 metrə çatdı

Tarix:22-07-2020, 07:20
Baxış Sayı:519

Dənizdə dalğanın hündürlüyü 5.3  metrə çatdı

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən iyulun 22-si səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Böyük və Kiçik Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub. Qazax rayonunun Birin, Şıxlı, İkinci Şixlı kəndləri ərazisində iyulun 21-də 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb.

Düşən yağışın miqdarı Daşkəsəndə 40 mm (aylıq normanın 68 faizi), Şahdağda 22 mm, Gədəbəydə 19 mm, Sarıbaş (Şəki), Xınalıqda 15 mm, Qrızda 14 mm, Qusarda 13 mm (aylıq normanın 44 faizi), Tovuzda 13 mm (aylıq normanın 41 faizi), Balakəndə 10 mm, Xaçmaz, Qubada 9 mm, Gəncədə 8 mm (aylıq normanın 34 faizi), Şəmkirdə 8 mm (aylıq normanın 33 faizi), Ağstafa, Oğuz, Kişçayda (Şəki) 8 mm, Mingəçevirdə 7 mm (aylıq normanın 35 faizi), Göygöl, Qəbələdə 5 mm, Şəkidə 4 mm, Zaqatalada 3 mm, Şamaxıda 2 mm, Naftalan, Şabran, Xaltanda 1 mm olub.

Şimal-qərb küləyi arabir Neftçalada 32 m/s, Gəncə, Naftalanda 30 m/s, Ələtdə 24 m/s, Bərdə, Daşkəsəndə 23 m/s, Nabran, Xaçmaz, Tərtər, Ağdamda 20 m/s, Mingəçevirdə 19 m/s, Şəmkirdə 17 m/s, Şabran, Qubada 16 m/s, Yevlaxda 15 m/s, Abşeron yarımadasında 15-20 m/s, arabir 25-28 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.3 metrə çatıb.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar