veten informasiya agentliyi

Smartfonu beş dəqiqəyə 50 faiz şarj edən dünyanın ən sürətli adaptoru hazırlanıb

Tarix:29-07-2020, 08:17
Baxış Sayı:552

Smartfonu beş dəqiqəyə 50 faiz şarj edən dünyanın ən sürətli adaptoru hazırlanıb


“Qualcomm” smartfonlar üçün “Quick Charge 5” sürətli şarj cihazı hazırlayıb.

Bu barədə “ArsTechnica” məlumat yayıb.

Yeni cihaz sayəsində bir smartfon batareyası beş dəqiqə ərzində sıfırdan 50 faizədək yüklənə biləcək.

Şirkətin mühəndisləri yeni standartı 4500 milliamper/saat-lıq iki elementli batareyaya sahib cihazlarda da sınaqdan keçiriblər.

“Qualcomm” mütəxəssislərinin sözlərinə görə, 100 vatt doldurulduqda, yük hər iki batareya elementləri arasında bərabər (hər biri təxminən 50 vatt) paylanır.

“Qualcomm” yeni standartın “USB Power Delivery” protokolunu dəstəklədiyini vurğulayıb, yəni bundan yalnız smartfonların deyil, həm də kompüterlərin şarjı üçün istifadə edilə bilər.

Bundan əvvəl bildirilmişdi ki, hakerlər telefon şarj cihazlarını uzaqdan yandırmağı öyrəniblər. Onlar devaysın müdafiə proqramından yan keçərək, sürətli şarjı dəstəkləyən istənilən smartfona uzaqdan qoşula bilirlər və şarjda olan cihaza daxil olaraq, batareyaya həddən artıq güc tədarükünə səbəb olurlar. Nəticədə, smartfon isinməyə başlayır və yanır

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar