veten informasiya agentliyi

AR Səhiyyə Nazirliyinin təşəbbüsü ilə tibb işçiləri üçün müxtəlif ixtisaslar üzrə Distant Təlim kurslarının onlayn-platforması yaradılıb və istifadəyə verilib

Tarix:30-07-2020, 07:03
Baxış Sayı:513

AR Səhiyyə Nazirliyinin təşəbbüsü ilə tibb işçiləri üçün müxtəlif ixtisaslar üzrə Distant Təlim kurslarının onlayn-platforması yaradılıb və istifadəyə verilib
COVID-19 pandemiyası zamanı infeksiyanın daha geniş yayılmasının qarşısını almaq məqsədilə bütün sahələrdə rəqəmsal texnologiyaların tətbiqi geniş vüsət almaqdadır. Hazırda səhiyyə sisteminin pandemiya ilə mübarizənin önündə olduğu üçün pasiyentlər və tibb işçilərinin sağlamlığının mühafizəsini təmin etmək onun ilk dərəcəli vəzifələrindən biridir. Belə ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ATU və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə əməkdaşlığı və BMT-nin İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə distant təhsil imkanlarını yaradıb, genişləndirilmək üçün www.ecourses.az distant təlim kursları platforması yaradılaraq, istifadəyə verilib.

Hal-hazırda bu onlayn platformada 15-dən çox təlim kursu təklif edilir və onların 10-u birbaşa COVID-19 virusunun profilaktika, müayinə və müalicəsi ilə bağlıdır. Platforma müxtəlif ixtisaslar üzrə tibb işçiləri üçün distant sertifikatlı və sertifikatsız təlim kurslarına keçid təqdim edib, tibb işçilərinin koronavirusa aid biliklərinin artırılması üçün geniş imkanlar yaradıb.

COVID-19 virusu haqqında bilik və təcrübə hər saatla genişləndiyi və dəyişdiyi səbəbindən tibb işçiləri və əhalinin davamlı məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Müntəzəm olaraq, həm əhalinin tibbi savadının artırılması, həm də həkimlər və orta tibb personalının peşəkar bacarıqlarının inkişaf etdirilməsi infeksiya ilə mübarizədə əhəmiyyətli rol oynayır. Onu da qeyd etmək lazımdır ki, yeni təlim onlayn-platformasına, həmçinin, nevrologiya, radiologiya, infeksion xəstəliklər, kardiologiya və digər ixtisaslar üzrə müxtəlif kursların əlavə edilməsi nəzərdə tutulur. Distant təlim kurslarına onlayn qeydiyyat www.ecourses.az portalı vasitəsilə həyata keçirilir.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar