veten informasiya agentliyi

Prezidentin köməkçisi: “Nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və biz onlara tarixi danışacağıq”

Tarix:8-08-2020, 10:02
Baxış Sayı:473

Prezidentin köməkçisi: “Nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və biz onlara tarixi danışacağıq”

“2020-ci il qeyri-adi ildir. Tək Azərbaycanın əhalisi deyil, bütün dünya əhalisinin həyatında qeyri-adi il olaraq qalacaq”.

Via.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, Yer kürəsi pandemiyanı sonuncu dəfə 1918-ci ildə görüb:

“Vaxt keçəcək, illər keçəcək ki, nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və onlara tarixi danışacağıq. Hər kəsdən səbirli olmağı, bir-birimizə kömək etməyi, virusa yoluxmanın sürətinin azalması üçün əlimizdən gələni etməyi xahiş edirəm. Şübhəm yoxdur ki, biz bu vəziyyətdən qalib çıxacağıq”.

O qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələləri daim diqqət mərkəzində saxlayır:

“Yeganə məsələ nə qədər itki verib, bu vəziyyətdən çıxmağımızdır. Ona görə, hər kəsi səfərbər olmağa çağırıram”.

Blokada çərçivəsində 37 İran gəmisi saxlanılıb
Blokada çərçivəsində 37 İran gəmisi saxlanılıb
Rusiyanın dörd hava limanında məhdudiyyətlər tətbiq edildi
Rusiyanın dörd hava limanında məhdudiyyətlər tətbiq edildi
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir