veten informasiya agentliyi

Bakı polisi də çimərliklərdə reydə davam edir

Tarix:8-08-2020, 17:39
Baxış Sayı:492

Bakı polisi də çimərliklərdə reydə davam edir



Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bununla əlaqədar polis və Daxil Qoşunların hərbi qulluqçularından ibarət naryad qrupları tərəfindən paytaxtın rayonlarındakı bütün çimərliklərdə, istirahət mərkəzlərində nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Karantin şəraitinə uyğun olaraq, çimərliklərdə işarələnmə, nişanlanma və sosial məsafə ilə bağlı məhdudlaşdırmaya əməl edilməsi qaydalarına nəzarət həyata keçirilir.

DİN əməkdaşları və digər dövlət nümayəndələri tərəfindən sosial məsafə gözlənilməklə və COVİD-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla bütün zəruri tədbirlər icra olunmaqdadır. Vətəndaşlar tərəfindən daxil olan bütün müraciətlərə çevik və operativ reaksiya verilməklə, istirahət edənlərə özünü̈ ailə üzvlərini pandemiyadan qorumaq üçün mövcud sanitar-epidemioloji tələblər izah olunur.

Nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

İranda səssizlik: 56 gündür...
İranda səssizlik: 56 gündür...
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Sosial mənzillər üçün kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
Rumıniyada PUA vuruldu
Rumıniyada PUA vuruldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Amansızlıqla törədilən qətl hadisəsinin məhkəməsi davam edir…
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar
Nazir müavini Şamaxıda müəllim və valideynlərlə görüşdü - Fotolar