veten informasiya agentliyi

Karantin qaydalarını pozan obyekt sahibləri barəsində materiallar məhkəməyə göndərildi

Tarix:11-08-2020, 11:04
Baxış Sayı:468

Karantin qaydalarını pozan obyekt sahibləri barəsində materiallar məhkəməyə göndərildi



Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi tələblərə əməl olunması məqsədilə rayon ərazisində nəzarət tədbirləri davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində keçirilən reydlər zamanı karantin rejiminin tələblərinə əməl etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Diqqətə çatdırılıb ki, hər bir şəxs karantin qaydalarına, koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodiki göstərişlərə əməl etməlidir. Həmçinin, mağazalarda bəzi satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, sosial məsafəni qorumadıqları aşkar edilib. Virusun qapalı məkanlarda daha tez yayıldığı və belə yerlərdə qaydalara riayət etməyin vacibliyi onların diqqətinə çatdırılıb. Reyd zamanı polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan, eləcə də qanuni tələbə məhəl qoymayan şəxslərə də rast gəlinib.

Ümumilikdə şəhər ərazisində qaydaları pozduqları üçün beş obyekt sahibi və icarədar, eləcə də polisin qanuni tələbinə məhəl qoymayan bir nəfər barəsində Ağdaş Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, göstərişin tələblərindən irəli gələn qaydalara əməl olunması üçün bu istiqamətdə reydlər növbəti günlərdə də davam etdiriləcək və tələbləri pozanlar barəsində inzibati cəza tədbirləri görüləcək.

Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Blokada çərçivəsində 37 İran gəmisi saxlanılıb
Blokada çərçivəsində 37 İran gəmisi saxlanılıb