veten informasiya agentliyi

Azərbaycanda insanlar seroloji testlərdən keçəcəklər

Tarix:12-08-2020, 14:29
Baxış Sayı:490

Azərbaycanda insanlar seroloji testlərdən keçəcəklər
Azərbaycanda SARS CoV-2 virusuna qarşı immunitetin öyrənilməsi məqsədilə seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb.

Unikal.org-un məlumatına görə, testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək. Testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndəriləcək. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılaraq analizdən keçiriləcək Mütəxəssislər tərəfindən analiz nəticələrinin tibbi və statistik təhlili aparılacaq, yekun nəticələr barədə ictimaiyyat məlumatlandırılacaqdır. Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər.

İlkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə aparılacaqdır.

Qeyd edək ki, insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar – anticisimlər yaranır. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Ona görə də seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir.

Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Blokada çərçivəsində 37 İran gəmisi saxlanılıb
Blokada çərçivəsində 37 İran gəmisi saxlanılıb