veten informasiya agentliyi

AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

Tarix:17-08-2020, 13:12
Baxış Sayı:555



AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalovla görüşüb.
Rektor AzTU-da idarəetmənin elektronlaşdırılması və elektron təhsil sistemi ilə bağlı qonağa məlumat verib. Fərid Zeynalov bildirib ki, şirkətin məqsədi AzTU-da 2016-cı ildən fəaliyyətə başlayan “Cisco” Şəbəkə Akademiyasının işini genişləndirməkdir. Bunun üçün universitetin “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültəsinin tədris proqramlarının Akademiyanın təlim kursuna uyğunlaşdırılması və informasiya texnologiyaları sahəsində gənc kadrların hazırlanmasına ehtiyac var. İT sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və tələbələr Akademiyanın dərslərində iştirak edə bilər.
Qeyd olunub ki, Akademiyada dərslər şirkətin beynəlxalq proqramına əsaslanır.
Görüş zamanı o da vurğulanıb ki, Akademiyanın kurslarını bitirən tələbələrə təqdim olunan sertifikatlar dünyanın hər yerində tanınır. Bu da gənclərin karyerada üstünlük əldə etməsinə imkan yaradır.
Rektor görüləcək işlərlə bağlı “Yol xəritəsi”nin hazırlamasının və işçi qrupun yaradılmasının vacibliyini qeyd edib.

AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək
AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu