veten informasiya agentliyi

Baş infeksionist: “Koronavirusdan sağalan şəxs ona ikinci dəfə yoluxa bilər”

Tarix:28-08-2020, 11:10
Baxış Sayı:471

Baş infeksionist: “Koronavirusdan sağalan şəxs ona ikinci dəfə yoluxa bilər”

COVID-19-dan sağalan şəxs virusa ikinci dəfə yoluxa bilər.

Bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, hələlik Azərbaycanda belə bir hal baş verməyib:

“Ümumiyyətlə yoluxucu xəstəliklərin hamısında ikinci dəfə yoluxma mümkündür. İnsan əgər xəstəliyə yoluxubsa, onda bu xəstəliyə qarşı immunitet yaranır. Elə yoluxucu xəstəliklər var ki, sağaldıqdan sonra ona qarşı yaranan immunitet davamlı olur. Buna baxmayaraq belə infeksiyalara qalib gələn şəxslərin təkrar eyni xəstəliyə yoluxması mümkündür. Lakin təkrar yoluxma halında xəstəlik yüngül keçir, güclü bir ağırlaşma müşahidə olunmur.

Bəzi infeksion xəstəliklərdə isə immunitet qısa müddətli, məsələn, altı ay olur. Biz hələlik koronavirus barədə çox şeyi bilmirik. Yaranan immunitetin qüvvəsi nə qədərdir, neçə müddət bizi qoruya biləcək? Təbii ki, hətta davamlı immunitet yaransa belə, bütün infeksiyalarda olduğu kimi koronavirusa təkrar yoluxma mümkündür. Ancaq hələlik Azərbaycanda belə bir hal baş verməyib”.

C.İsayev məktəblərin açılması ilə bağlı səsləndirilən təkliflərdən də danışıb. Onun sözlərinə görə, yeni tədris ilinin başlanılması ilə bağlı verilən tövsiyə və göstərişlərə əməl olunmalıdır.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu