veten informasiya agentliyi

Yolkənarı obyektlər yenilənir

Tarix:2-09-2020, 08:15
Baxış Sayı:681

Yolkənarı obyektlər yenilənir
Muğanlı-İsmayıllı və Qaraməryam-İsmayıllı-Şəki avtomobil yollarının rayondan keçən hissəsində olan yolkənarı ticarət və iaşə obyektləri yenidən qurulur. Bu Ağsu rayonu ilə sərhəddən, Bizlan kəndindən başlayaraq Qəbələ ilə sərhədə, Sumağallı kəndinə qədər ərazini əhatə edir. Burada günün tələblərinə uyğun olmayan, primitiv üslubda inşa edilmiş obyektlərin yerində müasirləri tikilir. Sahibkarların xahişi ilə onlara dövlət dəstəyi də olunur. İşlər İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə Dövlət Dövlət Turizm Agentliyinin bölgəyə ezam etdiyi memarların birgə mövcud imkanlar, tələb və təkliflər nəzərə alınmaqla hazırladıqları layihələr əsasında görülür.

Sözügedən proqramın 1-ci mərhələsi olaraq, Muğanlı-İsmayıllı avtomobil yolunun 13-17-ci kilometrliyinin kənarında yerləşən 24 obyekt layihə əsasında müasir tələblərə uyğunlaşdırılıb, digərlərində işlər davam edir.

İşlərin həyata keçirilməsində məqsəd postpandemiya dövrünə hazırlıq və rayona gələcək yerli və xarici turistlərə müasir standartlara uyğun xidmət göstərmək, daxili turizmin inkişafına töhvə verməkdir.

Xatırladaq ki, bölgədə turizmin inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Basqal qəsəbəsi tarixi görkəmi nəzərə alınmaqla yenidən qurulur, Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolu, “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi tikilir və digər infrastrukturlar yaradılır. Həmçinin iş adamları tərəfindən 5 və 4 ulduzlu mehmanxana və mehmanxana tipli 4 obyekt inşa olunur.

Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir
Yolkənarı obyektlər yenilənir

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu