veten informasiya agentliyi

AzTU-nun bu ixtisasını seçən abituriyentlər Almaniyada təhsil ala bilər

Tarix:11-09-2020, 07:23
Baxış Sayı:603

AzTU-nun bu ixtisasını seçən abituriyentlər Almaniyada təhsil ala bilər

2020/2021-ci tədris ilində Azərbaycan Texniki Universitetinə (AzTU) “050612 – Maşın mühəndisliyi” ixtisası üzrə yüksək balla qəbul olunan abituriyentlər Maşınqayırma və robototexnika fakültəsinin tərkibində yaradılan alman dilli qrupunda təhsil ala biləcək.

Bu qrupda təhsil alan tələbələr Almaniyanın müxtəlif universitetlərində, xüsusilə AzTU-nun əməkdaşlıq haqqında müqaviləsi olan Brandenburq Texniki Universitetində (BTU) təcrübə keçmək, Avropa Birliyinin ERASMUS+ mübadilə proqramı çərçivəsində 1 semestr ərzində təhsil almaq, gələcəkdə təhsillərini magistratura səviyəsində davam etdirmək, konfranslarda və yay məktəblərində iştirak etmək və s. şanslardan yararlana bilər.
Alman dili səviyyələri yüksək olduğu üçün, onların müstəqil olaraq Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramlarında da iştirak etmək imkanları var.

Qrupun tələbələrinə heç bir əlavə təhsil haqqı ödəmədən hər gün 2 akademik saat alman dili tədris olunur. Bu da onlara alman dilini yüksək səviyyədə mənimsəməyə imkan yaradır.

Xatırladaq ki, alman dili qrupu 2018/2019-cu tədris ilində AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinin tərkibində Maşın mühəndisliyi ixtisası üzrə yaradılıb.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu