veten informasiya agentliyi

DİN-dən paytaxtda baş verən ağır qəzalarla bağlı – Açıqlama

Tarix:12-09-2020, 09:10
Baxış Sayı:510

DİN-dən paytaxtda baş verən ağır qəzalarla bağlı – Açıqlama


Daxili İşlər Nazirliyi ötən gün paytaxtda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

Via.az xəbər verir ki, sentyabrın 11-də saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Şərur rayon sakini R.Məmmədov idarə etdiyi “Mercedes Vito” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini V.Muradova məxsus “Mercedes” markalı yük avtomobilinə vurub.

Nəticədə R.Məmmədovun sərnişini, Tovuz rayon sakini Eyvaz Abdullayev hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, sentyabrın 11-də saat 17 radələrində, Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Z.İsrafilov idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Fuad Ağayevi vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Həmin gün saat 23 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini O.Həsənov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən 30-35 yaşlarında kişini vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu