veten informasiya agentliyi

Balakəndə qadın sürücü avtomobili ilə ata və qızını vurdu

Tarix:22-09-2020, 10:37
Baxış Sayı:564


Balakəndə qadın sürücü idarə etdiyi “Prado” markalı avtomobillə ata və azyaşlı qızını vurub.

APA-nın məlumatına görə, hadisə bu gün Balakən-Qabaqçol avtomobil yolunda baş verib.

Rayonun Talalar kənd sakinləri - 1984-cü il təvəllüdlü Əsəbəli Bəxtiyar oğlu Əhmədov azyaşlı övladı, 2011-ci il təvəllüdlü Nurayla birlikdə yolu keçmək istəyən zaman “Prado” markalı avtomobil tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Əhmədov və qızı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zaqatala RMX-da onlara lazımi tibbi yardım göstərilib.

Ə.Əhmədov və qızının vəziyyəti nəzərə alınaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu