veten informasiya agentliyi

Ağdamın bu kəndinə qarşı ilginc erməni təxribatı... - kəndlilərin yuxusu ərşə çəkilib

Tarix:10-05-2017, 14:26
Baxış Sayı:674

Ağdamın bu kəndinə qarşı ilginc erməni təxribatı... - kəndlilərin yuxusu ərşə çəkilib
















«Qarqarçayın dəliliyi tutub. Daşmaq təhlükəsi var. Əkin sahələrimiz, təsərrüfatlarımız, ev-eşiklərimiz təhlükədədir. İstədiyimiz odur ki, fəlakətin qarşısı alınsın. Onsuz da cəbhə xəttinə yaxın kəndlərdə 25 ildən çoxdur ki, əzab çəkirik, bir də üstünə sel fəlakəti gəlməsin». Bu təhlükədən danışan Ağdamın Əfətli kəndinin sakini Rza Əliyevdir. Onun sözlərinə görə, 10 gündən çoxdur ki, çayın səviyyəsi qalxır.

Çaya yaxın ərazilərdə yaşayanların bəziləri artıq tədbirlərini görüblər. Quşçuluq təsərrüfatını, mal-heyvanını başqa kəndə daşıyanlar var. Bir sözlə, kənddən keçən Qarqarçayın daşma ehtimalı kəndlilərin yuxusunu ərşə çəkib.

Bu təhlükəni təkcə əfətlilər yox, həm də qonşuludakı Hacıməmmədli kəndinin sakinləri yaşayır. Kənd sakini Ziyad Fərəcov çayın yükləndiyini deyir: «Deyirlər, ermənilər çaya kənardan müdaxilələr edir. Başqa çayların məcrasını bu çaya yönəldirlər ki, daşsın, kəndlərimiz su altında qalsın».

Ağdamın icra hakimiyyətindən bildirilib ki, Qarqarçayda suyun səviyyəsi qalxıb. Ancaq sel təhlükəsini önləməkdən ötrü tədbirlər gücləndirilib: «Ağdam rayon Mexaniki Suvarma İdarəsinin işçiləri çayda bəndqurma işləri aparıblar. Bununla da suyun kəndlərə və evlərə ziyan vurmasının qarşısı alınıb. Hazırda da orda buldozerlər, traktorlar işləyir. Çayın yatağında gücləndirmə işləri davam edir. Səbəb dağlardakı dolunun əriməsi və leysanlardır».

Dağlara yağan dolu nəticəsində suyun səviyyəsi qalxmaqda davam edir.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı