veten informasiya agentliyi

Vaksinasiyaya randevu götürməyə start verildi

Tarix:5-02-2021, 18:30
Baxış Sayı:692

Vaksinasiyaya  randevu götürməyə start verildi
Fevralın 8-dən etibarən İsmayıllıda COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsinə başlanılır. Bu mərhələdə 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunması nəzərdə tutulub. Xəstəxanada yaradılan vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Məlumat üçün bildiririk ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq-mühafizə orqanı əməkdaşlarına və yaşı 65-i ötmüş sakinlərə könüllülük əsasında vurulur. Vaksin immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm hallarını minumuma endirir.

Yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Randevu sistemi yaşı 65 və yuxarı olan, həmçinin son 1 il ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.

Onlayn qeydiyyatdan keçə bilməyənlər vətəndaşlar isə birbaşa Rayon Mərkəzi xəstəxanasının infeksion şöbəsinə və yaxud yaradılmış qaynar xəttdə (Mobil/whatsapp:+994705146064, şəhər nömrələri: 02028 5 10 60, 02028 5 53 63) müraciət edə bilərlər.

Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılmış mobil qruplar tərəfindən yaşı 65–dən yuxarı insanlarla görüş keçirilməklə, onların vaksinasiya olunması üçün maarifləndirilmə işləri davam etdirilir. Həmçinin onların razılığı olduğu halda onlayn qeydiyyatdan keçirilməsinə köməklik göstərilir. Bundan əlavə, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə bildirişlər hazırlanıb vətəndaşlara paylanılır, onlara bu işlərdə lazımı dəstək göstərilir.

Vətəndaşlara bildirmək istəyirik ki, “Biz Birlikdə Güclüyük” şuarı ilə bir olub pandemiyadan tamamilə qurtulmaq üçün vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu