veten informasiya agentliyi

Astarada fermerlərə yiyə duran yoxdur - Heydər Əsədovun nəzərinə...

Tarix:12-05-2017, 13:37
Baxış Sayı:1 043

Astarada fermerlərə yiyə duran yoxdur - Heydər Əsədovun nəzərinə...

















“Çəltik toxumu əldə etmək çətinləşib. Yalnız İrandan gətiririk, o da son vaxtlar baha başa gəlir, gömrükdə də incidirlər. Əkinlə məşğul olmağın əziyyəti bizə qalır, mayanı zorla çıxarırıq". Astara sakini Əlif Camalovun ailəsi uzun illərdir ki, çəltikçiliklə məşğul olur. O, bildirir ki, ötən ay toxum səpini başlayanda sahədə əkin işləri apara bilməyiblər. Səbəb də həm çəltik toxumunun həm də dərmanlama işlərinin baha başa gəlməsidir:

"Əsasən, İrandan haşımi sortu gətirib əkirik. Düzdür, özümüz də toxum tuturuq. Ancaq öz tutduğumuzdan 1-2 mövsüm istifadə edə bilirik. İrandan gətirmək üçün gömrükdə o qədər lazımsız sənəd tələb olunur ki... Bir də sahələri vaxtı-vaxtında dərmanlamaq lazımdır ki, çəyirtkə-filan məhsula daraşmasın. Dərman da bahalaşıb. Hektarlarla əraziyə indiki qiymətlərlə dərman çatdırmaq mümkün deyil".

Əlif Camalov deyir, əkin sahələrindəki digər problem suvarmayla bağlıdır. Bu üzdən də fermerlərin bəziləri hektarlarla buğda sahələrində yonca əkir. Çünki yoncanı çox suvarmağa ehtiyac qalmır. Susuzluq kələmlikləri də məhv edir. Bu sahə ilə məşğul olan astaralı Hacı İsmayılovun istəyi odur ki, suvarma kanallarının gözü təmizlənsin:

"Qışda bir də görürsən, leysan üzündən sahəni su basıb, məhsul zay olub. Yayda isə əksinə, susuzluqdan kələmlər yanır. Heç nə istəmirik, bu su məsələsini tənzimləsinlər, qalan texnika-filan məsələlərini birtəhər həll edirik. Kök əkmişik, kələm əkmişik, göyərti, pomidor, xiyar... hektarlarla sahələrdə tərəvəz əkini işləri aparılıb. Bircə su versinlər, məhsul yığımı vaxtı peşman olmayaq. Su problemi həll olunsa, sahələrdən indikindən 2-3 dəfə çox məhsul götürə bilərik".

Astara rayon icra hakimiyyətindən bildirilib ki, hazırda əkin mövsümüdür və hökumət bu sahəylə məşğul olan fermerlərə hər cür diqqət göstərir: "Texnika sarıdan şikayət yoxdur. Üstəlik, fermerlərə əkin apardıqları hər hektara görə 50 manat subsidiya verilir. Heç bir fermer bunu dana bilməz. Su məsələsinə gəlincə, sahələr susuz deyil. Ancaq yenə də fermerlərin narahatlıqlarını əlaqədar qurumlar qarşısında qaldıra bilərik. Gömrüklə bağlı narazılığa gəlincə, bu məsələ gömrük idarələrinə aiddir. Ancaq çox zaman belə şikayətlər araşdırılanda məlum olur ki, fermerlərin Kənd Təsərrüfatı Nazirliyindən əldə etməli olduqları qanunla nəzərdə tutulan sənədləri qaydasında deyil. Bildiyimiz qədər, əsasən, problem bu zaman ortaya çıxır".

Problemlərə baxmayaraq, Hacı İsmayılov əkin sahəsindən bol məhsul götürəcəyindən ümidini üzmür.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı