veten informasiya agentliyi

"Şəhid parkı" məhv edilərək yerində bina tikilir - Xətaidə “Yaşıl terror”(Fotolar)

Tarix:15-05-2017, 11:41
Baxış Sayı:829

"Şəhid parkı" məhv edilərək yerində bina tikilir - Xətaidə “Yaşıl terror”(Fotolar)

















Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsindəki "Şəhid Parkı” sökülərək yerində bina tikilir

M.Rüstəmov 52 ünvanında yaşayan sakinlərin unikal.org-a verdiyi məlumata görə, ətrafda yaşayanların istifadə etdiyi yaşllıq hər gecə məhv edilir.

Parkda şəhid Şahin Səməd oğlu Məmmədovun adının əbədiləşdirilməsi məqsədilə çəkilmiş xatirə bulağı və abidəsi isə götürülərək hazırda xarabalığı xatırladan ərazisində yerləşdirilib.

Sakinlərin sözlərinə görə, bir neçə gün əvvəl gecə saatlarında parkın aşağı hissəsi hasarlandıqdan sonra onlar tikintinin dayandırılması üçün etiraz ediblər. Sakinlərin etirazından sonra işlər dayandırılıb.

Vətəndaşlar deyirlər ki, tikintini aparan şirkət ağacları bir-bir gecələr kəsməyə başlayıb.

Qeyd edək ki, hazırda məhv edilən park mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə 1998-ci ildə şəhid Şahin Məmmədovun atası Səməd Məmmədov tərəfindən abadlaşdırılıb. Parkda oturacaqlar, uşaqların əylənməsi üçün yelləncəklər quraşdırılıb. Park, ətrafdakı 7 binanın sakinlərinin istirahət etməsi üçün yeganə məkan olub. Ötən il parkın yuxarı hissəsində çoxmərtəbəli bina tikilib.

Xətai Rayon İcra Hakimiyyətindən vətəndaşların müraciətinə cavab olaraq ərazidə çoxmərtəbəli binanın tikintisindən xəbərsiz olduqları bildirilib.

Ağacları kəsən şirkətin rəhbərliyi sakinlərə bina tikintisi üçün icazələrinin olduğunu, ərazini aldıqlarını deyirlər...


"Şəhid parkı" məhv edilərək yerində bina tikilir - Xətaidə “Yaşıl terror”(Fotolar)

"Şəhid parkı" məhv edilərək yerində bina tikilir - Xətaidə “Yaşıl terror”(Fotolar)

"Şəhid parkı" məhv edilərək yerində bina tikilir - Xətaidə “Yaşıl terror”(Fotolar)

"Şəhid parkı" məhv edilərək yerində bina tikilir - Xətaidə “Yaşıl terror”(Fotolar)

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
İran son anda razılıq verdi: ABŞ-la danışıqlara kimlər mane olurdu?
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Bu məşhur içkilər ağız xərçəngi yaradır
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
Ağdam şəhərinə daha 92 ailə yola salındı
Ağdam şəhərinə daha 92 ailə yola salındı