veten informasiya agentliyi

Əhəd Abıyevin “Elba” MMC ilə qovğasının içüzü açıldı - Sensasion iddialar

Tarix:16-05-2017, 09:50
Baxış Sayı:828

Əhəd Abıyevin “Elba” MMC ilə qovğasının içüzü açıldı - Sensasion iddialar

















Aprelin 26-da Daşkəsən rayonunun Quşçular kəndi ərazisində 6 ton murdar ət aşkarlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində murdar ət “Elba 999” MMC-nin sözügedən kənddəki kəsim sexində tutulub.

Mətbuatda gedən bəzi xəbərlərə görə, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev belə mallar istehsal edən iş adamlarına əks mövqe sərgiləməkdədir. Əməliyyatın onun icazəsi əsasında baş tutduğu da bildirilir.

Bu xəbərin Ə.Abıyevin öz uydurması olduğu üzə çıxıb. Daşkəsənin rəhbəri özünü ictimaiyyət qarşısında yaxşı təqdim etmək üçün özünə yaxın mediaya bu informasiyanı sızdırıb.

Bununla guya demək istəyib ki, əhalinin qayğısına qalır və murdar ət satan şirkəti ifşa edir. Ancaq onun iki məqsədi olub: iddialara görə birinci özünü tyəriflətmək, ikincisi isə Daşkəsəndə ət kəsimi bazarında öz inhisarçılığını təmin etmək...

İddialara görə, Ə.Abıyev zaman-zaman bu şirkətlə qarşıdurmada olub və firmadan yazılar dərc etdirib.

Rayon sakinləri qeyd edirlər ki, ən yüksək və mənzərəli yerdə, yəni köhnə stadionun yanı zibil qəbiristanlığına dönüb. Hətta şəhərdən 10 km aralıda olan “ELBA” kolbasa kombinatı zir-zibilini bura tökür.

Zibilin üstü örtülmür, vaxtaşırı yandırırlar. Bu da rayonu üfunət iyi ilə bürüyür, nəfəs almaq mümkün olmur. Şəhər artıq kənd statusu alıb.
Belə ki, rayon küçələrində, mənzillərin ətrafında, məhəllələrdə mal –qoyun, toyuq-cücə saxlanılır. Bunların zibilləri təmizlənmir. Regionların İnkişafı Dövlət Proqramı tərsinə yerinə yetirilir.

Ulus.Az-ın araşdırması nəticəsində aydın olub ki, Ə.Abıyev ət istehsalı və kəsimi sektorunda öz sexlərini hərəkətə keçirib. Ona görə də həmin şirkəti “vurub”.

Nəticədə Baytarlıq Xidməti də Daşkəsən rəhbərliyinə xidmət edib. Ancaq onu da demək lazımdır ki, həqiqətən firma murdar ət satışı ilə məşğul olub.

«Murdar ət» məsələsi yenə də bitib-tükənmir. Hər gün bir bölgədə işbazların at və eşşək, murdar heyvan ətini Bakıya gətirib sırımasının şahidi oluruq.

Məsələn, ötən gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkənin tanınmış qida şirkətlərindən hesab olunan “Elba” MMC-nin anbarından və şirkətə məxsus yükdaşıyan avtomobildən aşkarlanmış “mənşəyi məlum olmayan” tonlarla ətin mənşəyini müəyyən edib.

Xatırladaq ki, “Elba” MMC Gəncə və qərb zonasında fəaliyyət göstərən şirkətdir. Şirkətin Bakıda və digər şəhərlərdə dönərxanalar şəbəkəsi də fəaliyyət göstərir. Leş ətləri ötən həftə şirkətin Daşkəsəndəki anbarında və yük avtomobilində aşkar edilmişdi.

Həmçinin “Elba” MMC-yə məxsus kəsim və emal fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin beşinin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib.

Həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi məlum olub.

Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Universitetə qəbul olmaq istəyənlərin diqqətinə! - Bu tarixədək...
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
Azərbaycan Ermənistandan mal idxal etməyə başladı
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
2030-cu ildə əhalinin gəliri bu qədər artacaq - PROQNOZ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Nazir əmr imzaladı – Azərbaycanda bu şəxslər peyvənd OLUNACAQ - RƏSMİ
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Bakıda ərini öldürən qadına və onun sevgilisinə hökm oxundu
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
Rusiya qazının Türkiyəyə tədarükü kəskin azaldı
DSMF-nin gəlir və xərcləri artdı
DSMF-nin gəlir və xərcləri artdı
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər
Türkiyədə məktəblərə hücumlarla bağlı kütləvi həbslər