veten informasiya agentliyi

Erkən evliliyə yox! Uşaq evliliyi yolverilməzdir!

Tarix:11-10-2022, 15:16
Baxış Sayı:303

Nazirliyin yeni videoçarxı
Bu gün - 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar günü kimi qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, erkən nikahların qarşısının alınmasına və müxtəlif növ ayrı-seçkilikdən əziyyət çəkən qızlara yönəltməkdir.
 
Tədqiqatlara əsasən dünyada orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ailə qurur, bu cür qızların üçdə biri 15 yaşına çatmamış nikaha sövq edilir. Uşaq nikahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir.

Erkən nikahlar qızları uşaqlıq çağından məhrum edir, onlar zorla təhsildən kənar qalırlar. Həmçinin erkən nikah irsi xəstəliklərə səbəb olur, sağlamlıq imkanları məhdud uşaqlar doğulur. Eyni zamanda fiziki, psixoloji sağlamlığa zərbə dəyir. Bu da sosial cəhətdən həssas qrupların sayının artması ilə nəticələnir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu mövzuya diqqəti cəlb etmək məqsədilə yeni videoçarx hazırlayıb:
Link: https://youtu.be/YBwwduCg_I0
https://we.tl/t-QXFDYQ2Epe

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Azərbaycan Prezidenti ABŞ-dakı atışmanı pislədi
Yaroslavlda neft emalı zavodu vuruldu
Yaroslavlda neft emalı zavodu vuruldu
Həmin şəxsin bir neçə silahı olubmuş
Həmin şəxsin bir neçə silahı olubmuş
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Bakı və Gəncədə köməksiz vəziyyətdə qalanlar xilas edildi
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Dünya aclığın astanasında - Fəlakətin dəqiq tarixi açıqlandı
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu
Bu ölkədə 6 bal gücündə zəlzələ oldu